Azərbaycan Dəmir Yolları ASC-nin işçilərindən Cavid Qurbanova şok müraciət: Rəislər bələdçi xanımları zorla yataqlarına salırlar
Azərbaycan Dəmir Yolları ASC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla Bakı Depo rəisi Rəhman Bəbişov dövlət vəsaitlərini mənimsəməklə bərabər həm də xanım işçiləri cinsi istimara məruz qoyurlar.
Cavid Qurbanovun Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyinatı alıdıqdan sonra mətbuatda yeni sədrin islahatlar aparacağı və adı çəkilən qurumu normal bir vəziyyətə gətirəcəyi ilə bağlı məlumatlar yazılırdı.
Ancaq Cavid Qurbanovun Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyin edilməsindən 9 ay keçməsinə baxmayaraq hələ də bu qurum problemlərin, korrupsiya bataqlığının içindədir.
AzFakt.com-un elektron poçtuna adının çəkilməsin istəməyən Dövlət Dəmir Yol ASC-nin işçisi çox ilginc bir şikayət məktubu göndərib. Həmin məktubda qeyd olunur ki, hazırda ASC-dəki bir çox rəhbərlərin özbaşınalğından, korrupsiya fəaliyyətlərindən sədrimiz Cavid Qurbanovun xəbəri yoxdur.
Ancaq bildiririk ki, əgər aşağıda sizlərə təqdim etdiyimiz hadisələrdən Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun xəbəri varsa bu ciddi bir biabırçılıq və rəzalətdir, yox xəbəri yoxdursa, o zaman bizim yazımızdan sonra xəbər tutması və ASC-də baş verən biabırçılıqlara son verməlidir. Yox əgər ASC sədri bu yazı dərc olunduqdan sonra da, biabırçılıqlara göz yumacaqsa, demək ki, bu barədə daha əvvəldən məlumatlı olub və Cavid Qurbanov sadəcə biabırçılığa rəvac verir. Bunun belə olmayacağı ümidi ilə redaksiyamızın elektron poçtuna göndərilən məlumatı olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik:
«Hörmətli AzFakt.com saytı! Bir neçə dəfə sizin saytda Azərbaycan Dəmir Yolları ASC ilə bağlı tənqidi yazıları oxuduqdan sonra, sizə bu qurumda baş verən biabırçı hadisələri, oyunları, insanlıq dramını təfərrüatı ilə çatdırmaq qərarına gəldim. Məlumunuz olsun ki, hazırda Azərbaycan Dəmir Yolları ASC demək olar rüşvət yuvasına çevrilib.
Hörmətli prezidentimiz İlham Əliyev 02.09.2015 - ci tarixində Cavid Qurbanovu Azərbaycan Dəmir Yolları ASC-nin sədri təyin edəndə çoxlarımız sevinirdik ki, adı bizə "Azəryolservis" ASC-dən tanış olan bu şəxs qurumu düzəldəcək, problemlər aradan qalxacaq, işçilərə edilən zülm, əziyyət, qəddarlıqlara son veriləcək. Ancaq demək olar ki, biz dəmiryolçular artıq Azərbaycan Dəmir Yolları ASC-də baş verə biləcək hər hansı dəyişikliyə, problemlərimizin həllinə artıq inanmırıq. Hazırda Azərbaycan Dəmir Yolları ASC-də keçmiş sədridən qalan bir qrup şəxs mütəşəkkil dəstə halında qrumu ələ keçirərək ən yüksək səviyyədə özbaşınalıq edirlər.
Bu özbaşınalıqlardan əlbəttə ki, Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun xəbəri yoxdur. Ancaq son aylar yüzlərlə dəmiryolçu Cavid Qurbanovla görüşmək üçün müraciətlər etsə də, heç bir nəticə olmayıb.Əgər ASC sədri 10 nəfər şikayətçini dinləsə və onlaırn etdikləri şikayətləri araşdırsan o zaman qurumda yüzlərlə korrupsioner, qudurğan məmur vəzifəsi ilə vidalaşacaq. Mən sizə ilk əvvəl Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov, Bakı Depo rəisi Rəhamn Əbişov, onun müavini Hikmət Quliyev, Polis rəisi Yasəf İmanov, Cinayət axtarışın rəisi Yaşar və digərləri haqqında məlumatlar verəcəm.
Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov bütün səlahiyyətini Depo rəisi Rəhman Əbişova verib. Rəhman Əbişov isə, öz növbəsində qatar rəislərini özünün kefinin istədiyi kimi təyin etməklə bərabər, həm də bu şəxsləri gündəlik «tasa» qoyub. Belə ki, hər gün ölkənin müxtəlif xətləri üzrə hərəkət edən qatarların rəisləri işini təhvil verəndə Rəhman İbişova 30 manat verməyə məhkumudr. Əvvəllər bu rəqəm 20 manat idi, lakin fevral ayından sonra Rəhman Əbişov özü dedi ki, dollar qalxdı, ona görə məndə qiyməti 10 manat artırdım.
Dünyanın heç bir yerində qatarları bələdçi təmizləmir, yumur. Ancaq Bakı Qatar Deposunda bütün qatarları bələdçilər yuyub təmizləyir. Çünki Rəhman İbişov özünün və Elyar Muradovun xeyli qohum əqrbasını, tanışının adını xadimə kimi yazdıraraq, hər ay onlara verilən əmək haqqını ciblərinə qoymaqla bərabər, həmin qohumlarının görəcəyi işləri biz bələdçilərə gördürürlər. Dövlət tərəfindən qatarların təmzilənməsi üçün verilən sabun, yuyucu toz və sair lazım olan əşyaların heç birisi bizlərə verilmir. Təkcə xlor verilir və Rəhamn Əbişov göstəriş verib ki, qatar rəisi sabunu, yuyucu tozunu, başqa lazım olanları özü alsın.
Bu gün Bakı Dəmir yolu deposunda heç kəs Rəhman Əbişova qarşı çıxa bilmir. Çünki depo rəisi Elyar Muradov və digərləri ilə birləşərək elə bir sistem yaradıblar ki, onlara qarşı olanlar anındaca işindən birdəfəlik gedir. Öz işimizdən getməmək xətrinə dözməyə məcbururq. Lakin buna da əminik ki, bizim bu problemlərimizdən ASC sədri Cavid Qurbanov xəbər tutsa hər şey tamam başqa cür olacaq.
Elyar Muradov, Rəhman Əbişov və digərlərinin özbaşınalığı bununla bitmir. Elyarla Rəhman xoşlarına gələn xanım bələdçiləri ən gəlirli qatar xətlərinə rəis təyin etməklə, həm də onları cinsi istismara məruz qoyurlar. Sərnişin daşınmanın rəsi ilə depo rəisi gəlirli xəttə getmək istəyənləri özlərinin yataqlarından keçirirlər. Bu bir həqiqətdir. İnanın ki, Bakı Dəmir Yol Deposunda bunu hər kəs bilir və gəlirli qatara düşmək Elyar Muradovla Rəhman Əbişovun yatağından keçir. Onların bu təkliflərini qəbul edənlər bölgüdə istədikləri xəttə düşə bilirlər. Qəbul etməyənlər isə həm sıxılır, həm danlanılır, həmdə ən çətin xəttlərə salınır. Sizə onlarla qatar rəisinin və bələdçi xanımların adlaırnı çəkə bilərəm ki, (bildirək ki, şikayətçimiz həmin şəxslərin adını bizə yazsa da, bəzi araşdırmalarımız baxımından və etik qaydalara görə adları hələki açıqlamırıq), onlar ayda bir neçə dəfə günlərini Elyar Muradovun, Rəhman Əbişovun, Hikmətin və digərlərinin xüsusi vaqondakı yatağında keçirirlər.
Hətta Cavid Qurbanov sədr gəlməmişdən öncə Rəhman Əbişov Bakı Vağzalının yaxınlığında 3 otaqlı bir mənzil kirayə etmişdi və həmin mənzildə həftədə bir iki dəfə Elyar Muradov, Hikmət və digərləri "bələdçi məşuqələri" ilə ziyafətlər təşkil edirdilər. Ancaq sonrada bu ziyafətlər həmin evdə dayansa da Rəhman "müəllimin" xüsusi vaqonunda yenə də davam edir.
Rəhman Əbişov onun təklifini qəbul etməyən dəmiryolçu xanımları iclaslarda danlayır, hətta təhqir belə edir. Kimsə onun bu təhqirinə cavab verirsə, o zaman "məşuqələrinin" üzə durması ilə həmin şəxs susdurulur.
Hörmətli redaksiya Rəhman Əbişovun Bakı Deposunda əsas adamı Hikmət adında müavini və mühasibat işi ilə məşğul olan Gülya adlı xanımdır. Gülya adlı xanım məhz Rəhamnın bir çox bələdçilərə yataq təklifini çatdırmaqla bərabər, həm də depodakı maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Elyar Muradovun və Rəhman Əbişovun, Hikmətin başqa bir ortağı isə, Dəmir Yol Polis idarə rəisi Yasəf İmanovdur. Belə ki, Elyarla Rəhmanın müxtəlif təklifini qəbul etməyən və onların "qara siyahısına" düşən qatar rəisləri, bələdçilər polis işçilərinin əli ilə sıxılır. Belə ki, xətt zamanı həmin qatar rəisindən və bələdçilərdən tutulan "çepe" anındaca rəisə deyilir. Rəis isə öz növbəində işini qanuni tərəfində getməklə bərabər topu Elyar Muradovla Rəhman Əbişova atırlar.
Hörmətli redaksiya sizi əmin edirəm ki, bütün bu problemlərin, özbaşınalqıların arxasında Elyar Muradov dayanır.Çünki Rəhman Əbişov, Hikmət, Gülya və digərləri bu gücü məhz Sərnişin Daşınmalar Departamentinin rəisindən alırlar. Siz mənim bu məktubumu dərc edin və o zaman mən sizə daha sensasiya olacaq məlumatlar göndərəcəym. Həmin məlumatlarda Elyar Muradovun niyə bu qədər güclü olması və onu Nəqliyyat naziri Ziya Məmmədovla hansı tellərin bağlması barədə məlumatlar olacaq. Departamnet rəisinin ikinci dəfə hansı səbəbə görə ailə həyatı qurması, Rəhman Əbişovun hansı bələdçilərin xəstəxanada müalicə xərclərini ödəməsi və nə qədər kimlərə xərc çəkməsi barədə ilginc məlumatları da, Depo rəisinin müavini Hikmətin yanında işləyənlərə nələr təklif etməsi barədə hər kəsin bildiyi həqiqətləri də sizə yollayacam. Bundan başqa Bakı Dəmiryol Deposunda həyata keçirilən maliyyə maxinasiyaları, yığılan rüşvətlər, dövlət tərəfindən verilən yardımların, müxtəlif avadanlıqların necə mənimsənilməsi və sair maxinasiiyalar haqqında sizlərə ətraflı məlumatlar göndərəcəm».
Qeyd edək ki, müraciət edən şikayətçimizin adını özünün istəyi ilə Azərbaycan Dəmir Yolları ASc sədri Cavid Qurbanova təqdim edə bilərik.
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.