Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə ölkə başçısı İlham Əliyevə müraciət edib. Əli Hüseynov şikayəti Sahibkarlara Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevlə "Aqrarkredit"in sədri Məmməd Musayevdəndir. Şəhid atası yazır: "Cənab prezident, siz həmişə sahibkarlara dəstək olmusuz. Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı üçün davamlı işlər görmüsüz. Lakin bəzi məmurlar bütün bunların əksinə olaraq sahibkarlıq fəaliyyətinə əngəl törədiblər. Bunun siz də biliirsiz. Elə bu səbəbdəndir ki, müşavirələrdə bu məsələnin üzərində xüsusi dayanırsız. Sahibkarlara təzyiq edən məmurları hədələyirsiz, onlara xəbərdarlıqlar edirsiz. Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər də göstərdi ki, siz dediklərinizdə səmimisiniz. Lakin elə məmurlar var ki, onlar yenə də əməllərindən əl çəkmək istəmir.
Məsələn, bunlardan biri Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevdir. Mən oğlumla sahibkarlıq fəaliyyətilə məşğulam. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə kredit götürmək istəyirəm. Lakin Şirzad Abdullayev bizdən rüşvət tələb edir. Bizim işimizə mane olan məmurlardan biri də ?Aqrokredit?in rəhbəri Məmməd Hüseynovdur. Mən dəfələrlə onlara müraciət edərək qanunsuz əməllərindən əl çəkməyi xahiş etmişəm. Sizin dediklərinizi onlara xatırlatmışam. Lakin heç bir nəticəsi yoxdur. Sanki bu adamlar Sizin sahibkarlara dəstək bəyanatlarınızı eşitməyib. Sanki bu adamlar ölkədə bir rəhbər şəxsin olmadığı qənaətindədirlər.
Cənab prezident, bu adamlar faktiki olaraq sizin tapşırıqlarınıza əhəmiyyət vermir
Cənab prezident iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov oğlumu aldadaraq 120 min manat əvəzinə 50 min manat pul verdilər ki, get 200 qoyun al. Sonra biz ona baxıb monitərinq edib sənə 40 baş iri buynuzlu malı almaq üçün maliyyə vəsaiti verək.
Cənab prezident, 7-8 aydır ki, gedib 200 baş qoyuna baxmırlar. Rüşvət vermədiyimə görə müraciətimə əhəmiyyət vermirlər. Deyirlər ki, sənə pulu Güzdəkdə fermaya heyvan almağa görə vermişik.
Cənab prezident belə məmurlardır ki, iqtisadiyyata ziyan vurur. 8 sot torpağın içində olan 200 baş qoyun saxlamaq qeyri-mümkündür. Cənab prezident, mən 200 baş qoyunu Biləsuvar rayonunda çənə məxsus 60 hektar sahədə yerləşən fermada saxlayıram. Bunların vicdanı hardadır ki, məni 7-8 aydır süründürürlər. Bunlar bir ?akt? tərtib ediblər ki, 21.05.2015-ci ildə monitorinq keçirmişik və heyvanlar Güzdəkdə yoxdur.
Məni bu günə qədər süründürdüklərinə görə məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsilə sizə müraciət edirəm. Sizdən bir şəhid atası kimi xahiş edirəm və sizi mərhum Heydər Əliyevin ruhuna and verirəm ki, bu müraciətimə diqqətlə yanaşıb məsələnin ciddi araşdırılması barədə göstəriş verəsiniz".
Qeyd edək ki, bir neçə gün əvvəl Şirzad Abdullayev Goranboyda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair forum keçirib.
Qəribədir ki, şəhid atası Əli Hüseynov dəfələrlə Şirzad Abdullayevə müraciət etsə də, onun problemi həll olunmamış qalıb. Şəhid atasının da istəyi ona güzəştli kredit verilməsidir. Əgər belədirsə, o zaman sual olunur: Bir şəhid atasının probleminə biganə qalan Şirzad Abdullayevin sahibkarların problemləri ilə maraqlanması nə qədər səmimidir? Bu prezident İlham Əliyevi aldatmağa cəhd deyilmi? Axı şəhid atası açıq şəkildə yazır ki, onun hüquqlarını pozan, probleminə baxmayan Şirzad Abdullayevdir.
Prezident dəfələrlə sahibkarlara dəstəyini ifadə edib. Məmurlardan bunu tələb edib. Onların işinə maneə yaratmamağı tapşırıb. Görünür, Şirzad Abdullayev prezidentin tövsiyyələrinə əməl etdiyi barədə görüntü yaratmaq üçün saxta "forumlar" təşkil edir.