“The Washington Post” Putinin sonundan yazdı

30-11-2015, 09:30   
“The Washington Post” Putinin sonundan yazdı
Dünyaca məşhur “The Washington Post”da Putinin hazırkı addımları ilə bağlı məqalə dərc olunub. Məqalədə, Suriyadakı hərbi əməliyyatların Putin və Rusiya üçün acı nəticələrindən danışılır.

Colbert I. King adlı yazar, məqalədə, Putinin Suriyaya hərbi müdaxiləsindən bəhs edib. King, qələmə aldığı “Suriya putinizmin sonunun başlanğıcımı?” başlıqlı məqaləsində, Rusiyanın bir tərəfdən iqtisadi böhran batağlıqında boğulduğunu, digər tərəfdən isə Yaxın Şərqdəki zəif, amma tündxasiyyətli müttəfiqi Əsəd rejiminə dəstək verdiyini yazır.

Bundan 50 il sonra


Məqalədə eyni zamanda, Rusiya sərnişin təyyarəsinin Misir səmasında İŞİD tərəfindən patladılmasına, Türkiyənin hava sahəsini pozan döyüş təyyarəsinin düşürülməsinə və pilotları axtaran vertolyotun suriyalı üsyançılar tərəfindən vurulmasına diqqət çəkilir. King, bütün bunları Kremlin Əsədi dəstəkləməsi qarşılığında aldığı gözlənilməz zərbələr kimi dəyərləndirir. Yazıda, Putinin Suriyaya başının qarışdığı vaxtda, Rusiyada inflyasiyanın və kasıblığın artdığı, iqtisadiyyatın kiçildiyi, Qərbin sanksiyalarının Kremli sıxışdırdığı da qeyd olunub. King, yazdığı məqalədə, başqa bir yazardan da sitat gətirir: “Bəlkə bundan 50 il sonra tarixçilər, Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsini putinizmin sonunun başlanğıcı olaraq yazacaqlar”, deyə sitatda deyilir.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.