Rövşən Səfərov paytaxtda fəaliyyət göstərən masaj salonlarından «aylıq» alır?

1-12-2015, 10:50   
Rövşən Səfərov paytaxtda fəaliyyət göstərən masaj salonlarından «aylıq» alır?
DMX Miqrasiya İdarəsinin rəisi Rövşən Səfərov paytaxtdakı bordellərdən və masaj salonlarından hər ay nə qədər pul toplayır? DMX Miqrasiya İdarəsinin rəisi Rövşən Səfərov paytaxtda fəaliyyət göstərən masaj salonlarından «aylıq» alır
Həmin masaj salonlarından əsasən Çindən və Orta Asiya ölkələrindən gələn qanunsuz miqrant qadınlar çalışır. Əcnəbi qadıqların çalışdığı masaj salonlarının hər birindən Rövşən Səfərovun ayda 5000 manat aldığı bildirilir. Həmin masaj salonları isə bir qayda olaraq müştərilərə intim xidmət göstərirlər. Bu barədə olan məlumata görə əslində fahişəxana olaraq fəaliyyət göstərən paytaxtdakı masaj salonları DMX Miqrasiya İdarəsinin rəisi Rövşən Səfərovun nəzarəti altında çalışırlar. Masaj salonları və bir çox bordellər DMX-nin məsul vəzifəli şəxsinə hər ay 5000 manat verməklə əcnəbi qızların cinsi istismarını həyata keçirirlər.
DMX-də çalışan mənbənin bildirdiyinə görə o, bir neçə dəfə masaj salonlarından qanunsuz əcnəbi qızları çalışdırdıqlarına görə həmin masaj salonlarını cərimələməyə cəhd eləsə də, Rövşən Səfərovun adamları buna imkan verməyib və onu işdən qovmaqla hədələyiblər. Mənbə bildirir ki, Rövşən Səfərovun onu işdən qovmaq səlahiyyəti olmasa da, DMX-nin rəhbəri Firudin Nəbiyevə təsir etmək imkanına sahib olduğuna görə istənilən şəxsi DMX-dən qovdura bilir. Çünki bundan əvvəldə Rövşən Səfərovun «qara işlərinə» qarışan şöbə müdirlərindən biri əsassız olaraq əvvəl Şəkiyə sürgün olunub, daha sonra isə işdən atılıb. Çünki Rövşən Səfərov demək olar ki, Firudin Nəbiyevin kürəkəni hesab olunur. Elə ona görə də Rövşən Səfərov DMX-də istədiyini etmək səlahiyyətlərinə malikdir və onun bir sözünü iki eləmək heçdə yaxşı nəticə ilə bitmir.
Bundan başqa mənbənin bildirdiynə görə bütün DMX əməkdaşlarını nəzarətdə saxlamaq üçün Rövşən Səfərov burda çalışan əməkdaşların kabinetlərinə dinləmə cihazları yerləşdirib. Dinləmələri isə başqa bir şöbəyə rəhbərlik edən qardaşı Mehman Səfərov həyata keçirir. DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən Mehman Səfərovun əslində əsas işi DMX əməkdaşlarını dinləməkdən ibarətdir. DMX əməkdaşları bir neçə dəfə kabinetlərində dinləmə aparatlarını aşkar etsələr də, Rövşən Səfərov onları təhdid edərək Firudin Nəbiyevə şikayət etmələrinin qarşısını alıb. Özünün eyni vəziyyətlə üzləşdiyini bildirən mənbə qeyd edir ki, Rövşən Səfərov açıq şəkildə ona bildirib ki, məsələni Firudin Nəbiyevə bildirsə, işdən qovulacaq. (AzFakt.com)
Mövzu diqqətimizdə olacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.