Polkovnik-leytenant generaldan Ramiz Mehdiyevə şikayətçi düşdü

3-12-2015, 11:04   


Ramiz müəllim! Mənim Sizə müraciətim ondan ibarətdir ki, SHXÇÜDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bu qurumu uçuruma aparıb. Mən dəfələrlə KİV vasitəsilə həm Ali Baş Komandana, həm də Baş Prokurora və MTN-nin rəisinə müraciət eləmişəm. Ramiz müəllim, əgər SHXÇÜDX uçuruma gedirsə, onda ordunun döyüş potensialı zəifləyir, ona görə də bu barədə mütləq Ali Baş Komandan xəbərdar olmalıdır.
Ramiz müəllim Hərbi Komissarlıq Müdafiə Nazirliyi tərkibindən ayrılıb SHXÇÜDX yarandı və bu qurumun rəisi Arzu Rəhimov təyin olundu. Həmin ərəfədə biz zabitlərin seçimi var idi ki, MN tərkibindən qabaq, A.Rəhimov bizə bildirdi ki, qalıb bu qurumda qulluq edin və bir yerdə bu qurumu yüksək səviyyəyə çatdıraq. Biz də razılaşdıq. 1 ay keçdikdən sonra A.Rəhimov 800-1000-ə yaxın peşəkar mülki vətəndaşları işdən heç bir səbəbi olmadan azad elədi. Demək olar ki, SHXÇÜDX paralizovat elədi. A.Rəhimovun gəlişindən 6 ay sonra, yəni 2012-ci il avqustun 3-də müşavirədə 14 nəfər peşəkar zabitləri ayağa qaldırıb və bildirdi ki, Siz yaş dövrü ilə əlaqədar təqaüdə çıxırsız. Təqaüdə çıxarılan zabitlərin 80 % Ulu Öndərimizin məktəbini qurtaran, Əfqanıstanda vəQarabağda döyüşən zabitlər idi.
Ramiz müəllim Hərbi Nizamnaməyə uyğun əgər zabit polkovnik vəzifəsindədirsə və polkovnik rütbəsini çoxdan almalıdırsa, onu o vaxt təqaüdə göndərirlər ki, o tutduğu vəzifəni icra eləyə bilmir. Dövlət bizi oxutdurub, Hərbi Ali savad verib ki, biz onun keşiyində duraq, özü də müharibə gedən ölkədə, bu işə peşəkar zabitləri təqaüdə göndərir. Bizdən sonra bizim yerimizə qeyri-peşəkar zabitləri götürür. Hansılar ki, vaxtilə MN və Sərhəd Qoşunlarından qovulmuş zabitlərdir. Bunun da nəticəsində axırıncı dəfə yayda MN təlim keçirərək SHXÇÜDX bu təlimdə özümü acınacaqlı səviyyədə göstərdi. Bəs Ali Baş Komandan müharibə elan eləsə, onda necə olacaq? Sizin əlinizdə səlahiyyət var ki, bu faktları yoxlaya bilərsiz. Ramiz müəllim, mən iki dəfə Arzu Rəhimova müraciət elədim ki, geri qaytarsın, mənim peşəkar zabit kimi evdə oturan vaxtım deyil, o isə qəbul eləmədi. Əgər yoxlasız bizdən sonra bütün qeyri-qanunsuz hərbi nizamnaməyə uyğun olmayan zabitləri götürüb. Çünki, onlardan ötrü xahiş eləyənlər var, kimisi Milli Məclisdən, kimisi Prakuraturadan, kimisi başqa orqandan. Biz isə peşəkar zabitlərin göydə Allahdan, yerdə isə Ali Baş Komandandan başqa heç kimimiz yoxdur.
Ramiz müəllim, mən bu yaxınlarda mətbuat konfransı keçirtmişdim. Sizdən xahiş edirəm, həmin mətbuat konfransına baxasız, youtube-də var. “Polkovnik mətbuat konfransı keçirərək generala sərt ittihamlar səsləndirdi”.
Ramiz müəllim, MƏN Arzu Rəhimov barədə məsələ qaldırandan sonra mənə bir neçə dəfə anonim şəraitdə yaxınlaşanlar olub.
Birinci dəfə yaxınlaşan mənə dedi ki, Arzu Rəhimv SHXÇÜDX idarələrinin təmirinə ayrılan pulları şişirdilmiş formada göstərib. Məsələn: 1) Sumqayıt şəhərinin şöbəsinə 3 mln. manat, 2) Nizami Bakı idarəsinin tikilməsinə 3 mln. manat, 3) Ağsu rayonunun Miqrasiya İdarəsinin balansında olan binanı qeyri-qanunsuz SHXÇÜDX balansına keçirilib və onun təmirinə 7 mln. manat pul xərclənib.
İkinci dəfə anonim yaxınlaşan şəxs bildirdi ki, bəs vaxtilə Hərbi Komissarlığından SHXÇÜDX-da keçən bütün şəxs heyətin adına kartlara pul keçirilmişdi. Arzu Rəhimov bu pulları mənimsəmişdir. Kartlardan pullar çıxarılmışdır. Həmçinin, Arzu Rəhimov göstəriş verib ki, bütün şöbələr, şöbə rəislərinin hesabına təmir olsun. Özü isə həmin şöbələrə ayrılmış pulu mənimsəyib. Həmçinin, həmin anonim şəxs bildirdi ki, Arzu Rəhimov bu yaxınlarda Ukrainski dairənin yanında dəyəri 3 mln. manat olan villa alıb.
Ramiz müəllim, mən axırıncı dəfə Ali Baş Komandana müraciət eləyəndə mənə yenə anonim bir şəxs yanaşdı. O, mənə dedi ki, Arzu Rəhimov indi də bir neçə yerdə başlayıb söz işlətməyə ki, bəs mən Ramiz Mehdiyevin adamıyam. Anonim şəxs bildirdi ki, vaxtilə SHXÇÜDX yarananda Arzu Rəhimovu Prezident Administrasiyasına Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev təqdim eləmişdi. Arzu Rəhimov da bundan istifadə edib, indi hər yerdə deyir ki, nə qədər Ramiz Mehdiyev var, bir o qədər də mən varam.
Mənə bir şey çatmır ki, əgər anonim şəxsin dediyinə inansaq.
Elçin Quliyev özü gözəl komandan, Sərhəd Qoşunlarını elə səviyyəyə çatdırıb ki, heç SNQ ölkələrində belə qurum yoxdur. Hər bir zabitin istəyidir ki, Sərhəd Qoşunlarında qulluq eləsin, içi mən olmaq şərti ilə.
Arzu Rəhimovun şəxsi işinə baxsan, orda artıq hər şeyi aydındır. 1989-cu ildə Sovet ordusundan iki halda tərxis oluna bilərdin. Ya xəstəliklə, ya da zabit şərəfini pozduğuna görə. Bu da onu göstərir ki, hələ vaxtilə mənə keçmiş mərhum hərbi komissar Mirsalam demişdir ki, bəs Arzu Rəhimovu Sovet ordusundan 61 statya ilə qovulub. Azərbaycana gələndən sonra saxta peçatla 59 statya vurdurub.
Ramiz müəllim, bu dövlətin quruculuğunda Sizin böyük əməyiniz var. Siz Ulu Öndərimizin ən yaxın silahdaşı olmusuz. İndi də Ali komandanın yanındasız. Ramiz müəllim, mən bir daha Dövlətin marağın tutub Sizə müraciət edirəm. Arzu Rəhimov bu qurumu uçuruma aparıb. Səbəb nədir ki, bütün peşəkar zabitləri və mülki vətəndaşları bu qurumdan uzaqlaşdırırsan. Sən ümumiyyətlə, kimə qulluq eləyirsən, ay Arzu Rəhimov? Sizin əlinizdə səlahiyyət var ki, bütün bu faktları yoxlayasız. Öz göstərdiyim bütün faktlara tam məsuliyyətlə cavabdehəm. Bir müdrik insan mənə dedi ki, sənin yazdığını oxuyanda, ağıllı insan dərk eləyə bilər ki, anonim göstəricilər hamısı faktdır. Sən açıq-aşkar faktları deyirsən, ancaq bəzi insanlar nəyinsə xatirinə ehtiyat eləyirlər. Ona görə də sənə anonim halda faktlar deyirlər. Aidiyyatı orqanlar bu faktlar üzrə işləsəydilər, çox yaxşı olardı.
Ramiz müəllim, çox yaxşı olardı məni beş dəqiqə qəbul edəsiz.anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.