Putin Ərdoğandan üzr istəyib

3-12-2015, 16:57   


Rus təyyarəsinin Türkiyə hava sərhədini pozduğu üçün vurulmasından sonra Rusiya rəhbərliyi Türkiyənin məsələ ilə bağlı üzr istəməsini gözlədiklərini bəyan etmişdi. Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan və baş nazir Əhməd Davutoğlu isə üzr istəməyəcəklərini və sərhədi pozanların üzr istəməli olduqlarını bildirmişdi.

Parisdə keçirilən İqlim Zirvəsinə qatılan yüksək səlahiyyətli şəxsin yaydığı məlumata görə Putin, son hadisədən öncə yaşanmış sərhəd pozuntularına görə Ərdoğandan üzr istəyib.

Xatırladaq ki, Rusiya bu il ilk dəfə Samsun bölgəsində Türkiyə sərhədini pozmuşdu. Sərhəd pozuntusu 15 dəqiqə çəkmişdi. Xəbərdarlıqlara baxmayaraq sərhəd pozuntuları davam edirdi. Son sərhəd pozuntusunda isə Türkiyənin 2 ədəd "F-16" təyyarəsi Rusiyanın "SU_24" tipli təyyarəsini vurmuşdu.

Teymur
Bizimyol.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.