Ülviyyə Allahverdiyeva yoldaşından ayrıldıqdan sonra keçmiş ərinin pulunun gücünə evsiz, eşiksiz qalıb
rusvet2Göyçay rayonunun Potu kənd sakini Ülviyyə Allahverdiyev mediaya qandonduran müraciət ünvanlayıb. O qeyd edib ki, iki hakim onu və iki körpəsini evsiz qoyub. Şikayətçinin redaksiyamıza bildirdiyinə görə Müşfiq Allahverdiyevlə 2005-ci ildə ailə həyatı qurub. Elə həmin vaxtdan Müşfiqin atasının yaşadığı Göyçay rayonu, Babək küçəsi 5 ünvanında yaşayıblar və özü ilə bərabər uşaqları da həmin ünvanda daimi qeydiyyatdadırlar.:«Müşfiq ailəyə baxmadığına və başqa bir qadınla yaşadığına görə aramızda narazılıq yarandı və ayrılmalı olduq. Bununla əlaqədar olaraq, 22 may 2015-ci ildə Göyçay Məhkəməsinin hakimi Fərhad Əfəndiyev boşanma barədə qərar çıxardı. Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırdada qeydiyatda olduğum Göyçay rayonu, Bakı küçəsi 5 saylı evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı. Həmin qətnamədən verdiyimiz apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxartdı. Bütün bunları məhkəmə genosidi hesab edirik».t
Ülviyyə Allahverdiyeva redaksiyamiza bildirib ki, hakimlər Fərhad Əfəndiyev və Mahir Əsədli bu qanunsuzluqları rüşvət hesabına həyata keçirməklə iki azyaşlı uşağın həyatını məhv ediblər. «Çünki onlara dövlət qanunları yox, Müşfiqin qardaşı Anar Allahverdiyevin korrupsiya yolu ilə qazandığı pullar lazım idi. Hər iki saxtakar hakim öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar. Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir. Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq. Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil alçb. Lakin boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirib ki, bunu təsdiq edən sənədlər var. Bunuda ona görə ediblər ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin. İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq».t1
O vurğulayıb ki, keçmiş həyat yoldaşı Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyir. «Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin aylıq əmək haqqısı 300 manat olduğu halda, onun 500.000 manat qiyməti olan “Bentley” markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi, Bakı şəhərində villa alması , qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır. 300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri-mümkündür. Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirib».rr
Ülviyyə Allahverdiyev mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edib ki, rüşvət alıb azyaşlı uşaqlarını evsiz qoymuş , çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qanunu tədbirlər görəsünlər.
Yazıda adları keçəne şəxsləri də dinləməyə hazırıq.