Əli Nağıyev YAP sədrinin hansı müavinini ittiham edib?

4-12-2015, 09:57   
Əli Nağıyev YAP sədrinin hansı müavinini ittiham edib?

«YAP-a özünü «dürtənlər» çoxdur, o zaman partiyaya müxalif mövqedə dayananlar bu gün partiyanın Idarə Heyətinə, hətta müavin səviyyəsinə dırmaşıblar»

Sabiq nazir, Azərbaycanın Belarusdakı keçmiş səfiri, Əli Nağıyev mərhum Sirus Təbrizli haqqında xatirələrini danışarkən ad çəkmədən bəzi YAP-çıları ittiham edib. Əli Nağıyev moderator.az-a deyib: “Heydər Əliyevin ətrafında yeni partiya yaratmaq ideyasını ortaya qoyan iki nəfər olub, biri Əli Nağıyevdir, o biri də Sirus Təbrizli.

Bu gün özünü YAP-a ”dürtənlər” çoxdur və o zaman partiyaya müxalif mövqedə dayananlar, partiyaya qərargahın verilməsinə mane olanlar bu gün partiyanın Idarə Heyətinə hətta müavin səviyyəsinə dırmaşıblar. Həmin adamların partiyanın yaranmasından danışmağa haqları yoxdur, ona Sirus Təbrizlinin haqqı var. Sirus Təbrizlinin YAP-dakı yerini heç kim əvəz edə bilməz. YAP-ın mövcudluğunda Sirus Təbrizlinin rolunu danan nadandır, ləyaqətsizdir, çirkin məqsədli adamdır və o partiyaya ləkədir. YAP-ı uca tutmaq istəyən kim varsa Sirus Təbrizlinin haqqını, qiymətini uca tutmalıdır”.


Hazırda YAP sədrinin dörd müavini var. Bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, baş nazirin müavini Əli Əhmədov, Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir. Əli Nağıyevin bu şəxslərdən hansı birini nəzərdə tutduğunu dəqiq deyə bilmərik. Lakin bəzi ehtimallara görə, YAP-ın qurucularından sabiq nazir Əli Əhmədovu nəzərdə tuta bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.