“Güllü foto”dakı məmurlardan biri Arzu Rəhimovun işçisi çıxdı

9-12-2015, 12:16   

Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi, mayor Tural Məmmədov çətin durumda
Məlum olduğu kimi, bir neçə gündür ki, sosial şəbəkələrdə, sayt və televiziyalarda Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun maraqlı fotosu yayılıb.

Həmin fotoda özünü orta əsr feodalları kimi aparan icra başçısı sağında və solunda qərarlaşan gənclər əllərindəki gülləri Tahir Kərimovun başı üzərində tutub, icra başçısı isə halından məmnun halda irəliləyir. Xatırladaq ki, həmin foto böyük hiddətlə qarşılanmış və bununla bağlı artıq Tahir Kərimovun istefası belə tələb olunub. Bu arada isə fotoda icra başçısının arxasınca gələn digər məmurların da kimliyini öyrənə bilmişik. anaxeber.info- ın məlumatına görə, “gül tuneli”ndə icra başçısını müşaiyyət edənlərdən biri səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi, mayor Tural Məmmədovdur.
Hazırda əməkdaşlarımız Tural Məmmədovla bağlı redaksiyamıza daxil olmuş digər informasiyaları dəqiqləşdirir. Yaxın saatlarda isə bununla bağlı şokedici məqamlara aydınlıq gətirəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.