AXCP üzvü Saleh Məmmədov təqib olunur. Bu barədə anaxeber.info-a Saleh Məmmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, Saleh Məmmədov təzyiqlər üzündən ölkəni tərk edib. Lakin siyasi fəaliyyətinə görə yenə də hədəfdədir. "O, ölkəyə qayıdarsa dərhal həbs oluna bilər. Ona görə də ölkəyə qayıda bilmir",-deyə Saleh Məmmədovun yaxınları bildirir.
Onların sözlərinə görə, Saleh Məmmədov 2009-cü ildən AXCP üzvüdür: "Dəfələrlə kütləvi aksiyalarda iştirak etdiyinə görə saxlanılıb. Son illər isə ona qarşı təzyiqlər daha da şiddətlənmişdi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qaldı".