Generalın bacısı oğlunun həbsiylə bağlı xəbər

19-12-2015, 12:18   
Generalın bacısı oğlunun həbsiylə bağlı xəbər
Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.

Xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur və pulların xaricə qanunsuz çıxarılmasına görə ofisdə axtarış aparılıb.

Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.

Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur(Qafqazinfo).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.