Cənab nazir, Gəncənin təhsil şefi Zakir Hüseynov saxta diplom faktını ört-basdır edir

19-12-2015, 13:41   


Biz Sizə Gəncə şəhərindəki 28 saylı orta məktəbdə baş verən biabırçılıqlar haqqında məlumat vermək istəyirik.Qeyd edək ki,bu barədə lazımi orqanlara müraciət etsək də heç bir reaksiya verilməmişdir.

Məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Bayramova Gülafət Baharəddin qızı, 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Əlvan metalların metallurgiyası ixtisasını bitirmişdir.Daha sonra saxta yolla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin diplomunu əldə etmişdir. Bu yaxınlarda Gəncə Təhsil İdarəsinin on illik maliyyə fəaliyyəti yoxlanan zaman Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirmiş, habelə orada kurs keçmiş müəllimlərin diplomları mühasibatlıq tərəfindən tələb olundu. Bayramova Gülafət Baharəddin qızı ondan dəfələrlə tələb olunmasına baxmayaraq diplomu məktəb direktoruna verməkdən imtina etmişdir.İstəyən hər kəsə qışqırıb bağıraraq yalandan bildirıb ki,diplomu yoxlanmaq üçün nazirliyə göndərmişəm.

Bayramova Gülafət Baharəddin qızının diplomunun gizlədilməsində Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov vəzifəsindən sui istifadə edərək şərait yaratmışdır.Məhz bu fürsətdən istifadə edən Zakir Hüseynov Bayramova Gülafət Baharəddin qızını əlində alətə çevirmişdir.

Məlumunuz olsun ki, Bayramova Gülafət Baharəddin qızına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirməsi haqqında YB N 003232 qeydiyyat N 4146 diplomu verilməmişdir.Bu seriyalı diplom təhsil nazirliyində qeydiyyatdan keçməmişdir və saxtadır.(Diplomların hər ikisinin surəti əlavə olunur). Bayramova Gülafət Baharəddin qızı qanunsuz olaraq əmək haqqı alıb və dövlətə külli miqdarda ziyan vurmuşdur.Çox maraqlıdır,cəmi 5-6 ayliq kursla,özü də saxta yolla metallurqçudan necə azərbaycan dili və ədəbiyyatı müəlliminə çevrilmək olar? Çox təəssüflər olsun ki,nazir Mikayıl Cabbarov Goranboyda qəbul keçirən zaman bu saxta diplomlu ixtisasca metallurq olan azərbaycan dili və ədəbiyyatı müəlliminin böhtan

xarakterli şikayəti əsasında yüksək pedaqoji nailiyyətlərə malik bacarıqlı direktor Rəna İsmayılovanı işdən azad etmişdir.

Əslində Rəna müəllimə,kirikuliumu hər kəsdən artıq bilən,müəllimlərin dərs bölgüsünü ədalətli şəkildə aparan bacarıqlı bir direktor olub.Gülafət Bayramova onu özünün məktəbdən uzaqlaşdırdığını iddia edərək , yeni direktor İmran Tağıyev və müavini Ceyhun Məmmədovun başında qoz sındıraraq öz planlarını həyata keçirir.

Bu məktəbdə o qədər saxta işlər var ki,bu faktları açmağa nə zaman,nə səbr çatmaz.Bir məktəbin ki,heç bir tədbiri olmaya,şagirdlərin bilik və bacarığını nümayiş etdirən bilik yarışması keçirilməyə....O necə məktəbdir...Məktəbdə rüşvət ayaq tutub yeriyir.Dini təşkilatlara qoşulan şagirdlərin sayı-hesabı yoxdur.

Sizdən çox artıq dərəcədə xahiş edirik ki,bu barədə tədbir görülməsi üçün lazımi təşkilatlara göstəriş verəsiniz.

Gəncə şəhər 28 saylı tam orta məktəbin

müəllim kollektivi
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.