Putindən daha bir sərt açıqlama: "Biz quyruq bulamır və mövqeyimizi dəyişmirik"

19-12-2015, 22:50   
Putindən daha bir sərt açıqlama: "Biz quyruq bulamır və mövqeyimizi dəyişmirik"


Rusiya üçün Suriya böhranının nizamlanması məsələsində həm Suriya prezidenti Bəşər Əsəd, həm də ABŞ prezidenti ilə eyni dərəcədə işləmək asandır.

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bir hissəsi "Rossiya 1" telekanalı ilə yayımlanan Vladimir Solovyovun "Miroporyadok" sənədli filmində göstərilən müsahibəsində bildirib.

"Suriya böhranı üçün demək yerinə düşərdi: bizim üçün həm prezident Əsəd, həm də Amerika tərəfi ilə işləmək asandır. Və mən bu yaxınlarda həm prezident Obama, həm də Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən olan dostlamız ilə görüşdə bu barədə danışdım. Nə üçün asandır? Çünki biz quyruq bulamırıq və mövqeyimizi dəyişmirik", - deyə Putin bildirib.

Rusiyanın Suriya böhranı ilə bağlı mövqeyinə aydınlıq gətirən prezident bunları əlavə edib: "Biz əvvəlcə insanlardan soruşduq: belədir, ya belə deyil, razıdırlar yoxsa yox".

"Prinsip etibarı ilə hamı nizamlanmanın əsas ölçüləri üzrə bunları dedi: "Bəli". Həmin vaxt biz öz mövqeyimizi ümumi və məqbul komponentlər üzərində formalaşdırdıq və indi bizə "kəmənddə bit-birə kimi" burdan ora, ordan bura tullanmaq lazım deyl", - deyə Putin vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.