Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaxın günlərdə ləğv edilə bilər. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, dövlət xidmətinin ləğv edilməsində məqsəd hərbi xidmətə çağırış sahəsində şəffaflığı təmin etmək məqsmədilə həyata keçiriləcək. Məlumatlara əsasən bu dövlət xidmətində baş verən olaylar, qeyri-normal hadisələr və prosseslərlə bağlı dövlət başçısına da bilgi verilib.
Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən sonra bu sahədə aparılan islahatlar, ordu quruculuğu sektorundakı uğurlar və sair məqamlar ən yüksək dairələrdə, hətta ictimayyət arasında böyük rəğbətlə qarşılanıb. Məlumatlara əsasən Zakir Həsənovun sayəsində ordu quruculuğu işlərində qazanılan uğurlara Arzu Rəhimovun başçılıq etdiyi dövlət xidməti kölgə salmaqla məşğuldur.
GUNDEMİNFO.AZ-ı bilgiləndirən mənbəmiz iddia edir ki, bu xidmətdə baş verən neqativ hallar o qədər kütləvi hal alıb ki, artıq xidmətin ləğv edilməsi ist iqamətində də işlərin aparılması nəzərdə tutulur. İnformasiyalara əsasən bununla bağlı olaraq bir sıra məqamlar artıq ən yüksək dairələrdə də intensiv qaydada müzakirə edilməkdədir.
Məlumatlarda deyilir ki, artıq adıçəkilən dövlət qurumunun da ləğv edilməsi prosesi ilə bağlı hazırlıqlara başlanılıb. Siyasi qərar olduqdan sonra ölkədə gənclərin hərbi xidmətə çağırış prosesinin Müdafiə Nazirliyi tərəfindən həyata keçirilməsi gözlənilir. Məlumatlarda həmçinin bildirilir ki, hətta MN-də bununla bağlı müvafiq olaraq Səfərbərlik İdarəsi də var. Və bu idarənin rəhbəri işini ölkənin nifuzlu generallarından biri Yaşar Aydəmirov həyata keçirir.
İnformasiyalara əsasən Arzu Rəhimovun da siyasi karyerası ilə bağlı da qərar verilib. Onun illər uzunu hərbi xidmətə çağırışla bağlı olaraq atdığı addımlar Azərbaycanda dövlət qurumlarında aparılan islahatlarla uzlaşmaması və hətta bəzi məqamlarda tərs-mütənasiblik təşkil etməsi ən yüksək dairələrin narahatçılığına səbəb olub. Bu baxımdan da General Rəhimosun rəis olduğu qurumun Müdafiə Nazirliyinə birləşdirilməsi gözlənilir. Arzu Rəhimovun isə gələcək taleyinin böyük bir sual altında olacağı gözləniləndir. Məlumatlara görə, bu məsələ ilə bağlı olaraq hətta dövlət qurumlarında da müzakirələr aparılıb.
İnformasiyalarda həmçinin bildirilir ki, adıçəkilən dövlət qurumunun ləğv edilərək nazirliyə birləşdirilməsi təklifi rəsmən müzakirəyə çıxarılandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov da xüussi təşəbbüslə çıxış edərək təkliflər paketi hazırlayıb. Mənbəmizin məlumatına əsasən Bu xidmət daxilində baş verən olayların tam araşdırılması işində Novruzəli Orucov əlaqədar qurumlarla yaxından əməkdaşlıq etməkdədir.
Eyni zamanda Arzu Rəhimovun xidmətin ləğv edilməsinə qarşı çıxdığı bir zamanda…
GUNDEMİNFO.AZ-a bilgi verən mənbənin sözlərinə əsasən xidmətin ləğv edilməsi prossesi ilə ordu quruculuğu sahəsində aparılan islahatların sürətləndirilməsi və bu sahədə daha sağlam inkişafa nail olunması məqsədi hədəf olaraq götürülür. Məhz Zakir Həsənovun böyük uğurlara imza atmasından sonra bu xidmətlə bağlı problemlərin və vətəndaş şikayətlərinin artması yuxarılarda narazılıqlara səbəb olub.