- Hazırda həbsdə saxlanılan "Aztelekom"un sabiq şefi Məhəmməd Məhəmmədov və onun yaxın çevrəsi ilə bağlı DİA.AZ-a ilginc ittihamların yer aldığı informasiya göndərilib. Xəbəri verən mənbə bildirir ki, Rabitə Nazirinin işini icra edən Ramin Quluzadə tərəfindən aparılan işləri və yoxlamaları Azərbaycanın zəhmətkeş rabitəçiləri tərəfindən çox dəstəklənir.
Daha sonra məlumatı yollayan mənbə dia.az- yazır: "Təssüf ki yoxlamalar ən birinci növbədə Aztelekom MMC-ən başlamayıb. Azərbaycan Rabitəsini dağıdan Respublika boyu rabitə şirkətlərin rəhbərlərinə haqq qoyub rüşvət alan və onların layihələri bankrot səviyyəsinə salıb öz monopolist şirkətlərin hesabına keçirdib Dövlət tərəfindən ayrılan fiber optik kabelləri on min km oğurlayıb satan rabitənin boz kardinalı Məhəmməd Məmmədov Hörmətli cənab Prezidentimizin tərəfindən öz cəzasına catıb. Buna baxmayaraq Məhəmməd Məmmədovun sağ əli və bütün Aztelekom IB in oğurlanmış pulların, alınmış rüşvətlərin şəriki birinci müavin Zahir Vəliyev öz iş başındadı və üstəlik cinayətkər şirkətlər qrupun rəhbərinə Məhəmməd Məmmədovun bacısı oğlunun Tural Abbasova çirkli işlərinin izin silinməsinə görə yaranmış fasilədən hər tərəfli nəzarət və köməklik edir.
QTelekom,Global,DataPlus,CNC şirkətlər qrupu bu dəqiqə bütün çirkli növ və qanunsuz attımların silməknən məşğuldular. Abşeron Novxanı Masazır Sumqayıt ərazilərə Aztelekomun Dövlətimizdən oğurlanmış və çəkilən kabellərin,DSLAM avadanlığın şişidirilmiş qiymətlərinə və özəl şirkətlərdən şantaj yolu ilə alınan rüşvətə görə qazanan on milyonlarnan pullarını Məhəmməd Məmmədovun və Zahir Veliyevin sağ əli Aztelekomun maliyyə şöbənin həbs edilmiş Oqtay Rüstəmovun azadlıqda qalan malyyə işçisinin tərəfindən aparılır və silinir. Bütün bu qaranlıq biznes ve çirkli pullarının yuyulması,IT,rabitə,restoran,əmlak,fermalar,antikvariat və xaricdə olan biznesin idarə eleyən rabitənin boz kardinalın Məhəmməd Məmmədovun oğlu vaxtı ilə atasının Dövlətdən və Xalqdan oğurlanmış pulların hesabına deputat olmaq istiyən,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvü olan Babək Məmmədzadədi. Xalqımızın igid oğlanları cəbhə bölgəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Respublika uğrunda qan tökən ve şahid olan vaxtda,harrılanmısh rüşvətxor məmur övladı yüz minlərnən dəyəri olana şəxsi avtoparkın avtomobillerde gezir və atasının restoran biznes imperiyasında kef məclisləri təşkil edir".
redaksiyamıza daxilolan məqalədə əlavə olunur: "Oğurlanmış pulların hesabına rüşvətxor məmurlarına milyonlarnan haqq catdırıb čalışır Məhəmməd Məmmədovun işinə xitam verilsin və öz ətrafında hamını arxayın eleyib çatdırılır ki tezliklə bu işlər başa çatacaq. Rayon Rabitə kollektivi tərəfindən xahiş edirik tezlikle bu işlər araşdırılsın və Aztelekom MMC in azadlıqda qalan rüşvətxor məmur Zahir Vəliyevə tabi olan rayon TKQ ları Məhəmməd Məmmədovun oğlu (Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvü olan) Babək Məmmədzadəyə məxsus olan Tural Abbasovun icraatında olan monopolist (təkçə Data Plusun 42000 abunəçisi olan) şirkətlər qrupu tərəfindən ödənişsiz fəaliyyəti üçün - oğurluq,hədə qorxu, şantaj, və təzik hərəkətlərinə son qoyulsun və bu hərəkətlərinə görə bizdən kəsilmiş maaşlar bərpa olunsun".
Qarşı tərəfi də dinləməyə hazırıq...