ALI ALIYEV PREZİDENTİ NƏ HESAB EDİR ? – YALANLAR...

28-12-2015, 21:45   
ALI ALIYEV PREZİDENTİ NƏ HESAB EDİR ? – YALANLAR...

Rayonda açılışı edilmiş obyektlərin hamısı bağlanıb, sahibkarlar isə icra başçısının əlindən qaçmağa başlayıblar

Füzuli rayon icra başçıs Alı Alıyevin daha bir frıldağı barədə məlumat daxil olub. Şöhrət ordenli icra başçısı bu dəfə ki, fırıladğını ölkə başçısına qarşı edib.
Belə ki, prezident sonuncu dəfə Horadiz şəhərinə səfər edərkən bir sıra sosial obyektlərin və digər inzibati binaların açılışında iştirk edib. Elə dövlət başçısı Horadizdə açlışını etdiyi iş yerlərindən biri də Tikiş fabriki olub. İcra başçısı bəh-bəhlə irəliyə çıxıb ölkə başçısını məhz elə burda aldadıb. Belə ki, prezidenti aldadan Alı Alıyev qohum əqrabalarını, tanış bilişini tikiş fabrikinə yığaraq öz yalanları ilə prezdentə yalan satıb. Prezident gedəndən dərhal sonra “işçiləri” çıxardaraq qapını bağlayır. Dövlət başçısı da elə bilir ki, Horadizdə tikiş fabriki var və fəaliyyət göstərir. Daha bilmir ki, hələ də bu günə qədər açılışını etdiyi “Tikiş Fabriki” işləmir və Alı Alıyev oranı öz dədə mülkünə çevirib. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, Füzuli rayonunda sahibkarlar Alı Alıyevin əlindən qan ağlayırlar. Şöhrət ordenli icra başçısı indi də sahibkarlara qənim kəsilib. Belə ki,Füzuli rayonun da barmaqla göstəriləsi birdənə də olsun belə sahibkara rast gəlmək mümkün deyil. Əslində sahibkar var, amma sahibkar fəaliyyəti ilə məşğul olan yoxdur. Çünki ona görə yoxdurki, icra başçısı onların fəaliyyətini dondurub. Sahibkarlara göz verib işıq verməyən icra başçısı bu sahədə də prezidenti aldadır. Buna misal olaraq deyə bilərik ki, Horadizdə beton zavodu fəaliyyət göstərir, amma icra başçısı prezidentə həmin zavodun fəaliyyət göstərdiyini yalan məlumat verib. Götürüək elə Zobcuq 2 qəsəbəsindəki, çörək sexini fəaliyyəti başçı tərəfindən dayandırılıb, prezident isə elə bilir ki, Füzulidə çörək sexi var və fəaliyyət göstərir, xeyli sayda da insanlar orada çalışır və dolanırlar. Əslində isə bütün bunlar, yəni prezidentə verilən məlumatlar Alı Alıyevin fırıldağının məhsuludur ki, prezidenti aldadaraq ona yalan məlumatlar verib.
Götürüək elə dünyada brend olan”Qarabağ Broyler”i. Əldə etdiyimiz məlumatlara görə oölkə prezidentinin özünün açılışını etdiyi “Qarabağ Broyler” artıq öz fəaliyyətini dayandırıb.
Məlumatlara görə, buranında dayandırılmasına səbəb məhz elə icra başçısıdır. Broylerin direktoru ilə əlaqə yaradılsada cavab alına bilinməyib.

Conflict.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.