Əliyev köməkçisinin dililə komandasını hədələdi

30-12-2015, 10:05   
Əliyev köməkçisinin dililə komandasını hədələdi
Ölkə başçısı üzləşdiyi çətin vəziyyətdə hansı qruplaşmanın təxribatlarından ehtiyatlanır

“Azərbaycan qanunlarına hörmətsizlik göstərən hər kəsin aqibəti MTN və RİTN-in sabiq rəhbərlərinin və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək”.

Bu sözləri prezidentin köməkçisi Əli Həsənov bir neçə gün əvvəl APA-ya verdiyi müsahibədə deyib. Əli Həsənovun bu fikirləri ölkə başçısı Ilham Əliyevin komandasına xəbərdarlığı kimi qiymətləndirir. Komandanın hədələnməsi təsadüfi deyil. Hazırda Ilham Əliyev kifayət qədər mürəkkəb situasiya ilə üz-üzədir. Bir tərəfdən ABŞ-ın hakimiyyətə sanksiyalar tətbiq etməsi gündəmdədir. Və bu məsələ iqtidar daxilində ikitirəliyə səbəb olub. Qərblə bağlılığı olan məmurlar sanksiyalardan ciddi narahatdır. Lakin ölkənin səmtini şimala yönəldən iqtidarın ideoloqu ilə də bacarmaq mümkün deyil. Bu da hakimiyyət daxilində ziddiyyətlərin körüklənməsi və mərkəzdənqaçma meyllərinin sürətlənməsinə gətirib çıxara bilər.


Digər tərəfdən ölkədə maliyyə böhranı getdikcə dərinləşir. Hakimiyyət son devalvasiyanın nəinki aradan qaldıra bilmir, əksinə, növbəti devalvasiyaya hazırlıq gedir. Bu baş verəcəyi təqdirdə ölkədə sosial narazılığın pik həddə çatacağı şübhəsizdir. Ilham Əliyev bu mürəkkəb vəziyyətdə komandasında kimlərinsə yanlış yapmasından ehtiyatlanır. Bu baxımdan köməkçisinin dililə komandasını hədələyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.