Sumqayıt Telekomunikasiya Qovşağının rəisi Akif Əsgərov işçilərə verilməli olan bayram pullarını ləğv edib. Bu barədə anaxeber.info-a işçilər özləri məlumat verib. Onların sözlərinə görə, Akif Əsgərov bu qərarı heç nə ilə əsaslandırmayıb. "Akif Əsgərov uzun müddətdir ki, qovşağı bu qayda ilə idarə edir. Yəni, hər hansı qərar qəbul olunanda işçilərin rəyi nəzərə alınmır. Etiraz edən dərhal işdən çıxarılır. Bu dəfə də belə oldu. Bayram pulları ləğv edildi. Amma deyilmədi ki, səbəb nədir. Qovşağın rəhbər işçiləri xaricə dincəlməyə gedir. Amma bizə halal pulumuzu vermirlər. Bu ümumi qərar deyil. Yəni, digər qovşaqlarda işçilərə 100 manat bayram pulu verilib. Baş müsahib Şakit Süleymanov zənglərimizə cavab vermir. Bu işlərdə əsas fiqurlar hən də sex rəisi Mürvət Ağayevlə onun əmisi oğlu Cəmil Ağayev ",-deyə işçilər bildirib.
Onlar həmçinin deyib ki, məsələ ilə bağlı "Aztelekom"la əlaqə saxlayıblar: "Ordan təsdiqlədilər ki, bayram pulların verilməsi barədə əmr var. Amma Sumqayıt Telekomunikasiya Qovşağının rəhbər işçiləri boyunlarına almırlar. Qurumun kadrlar üzrə inspektoru ilə əlaqə saxladıq. "Aztelekom"dan deyilənləri təkzib elədi. Mürvət Ağayevin əmisi oğlu Cəmil Ağayev isə deyir ki, gələn əmrlərdən xəbərim yoxdur".
İşçilər nazir əvəzi Ramin Quluzadədən məsələyə müdaxilə etməsini xahiş edirlər.