İsrail şirkəti 11 milyon dolları Azərbaycan bankında niyə gizlədib

4-01-2016, 20:08   
İsrail şirkəti 11 milyon dolları Azərbaycan bankında niyə gizlədib

İsraildə BSD Crown investisiya və ərzaq ticarəti şirkətinin səhmdarı şirkətə məxsus 11 milyon dolların Azərbaycan bankında hansı səbəbdən gizlədildiyinə dair sorğu verib.

Virtualaz.org İsrail mənbələrinə istinadən xəbər verir ki, şirkətin 18 min 652 ədəd səhminə malik olan Eldad Levi səhmdar cəmiyyətlər haqda yerli qanunvericiliyə istinad edərək şirkətin müəyyən maliyyə sənədlərinin, o cümlədən Avstriya bankındakı 30 milyon dollarlıq depozit hesabına və Azərbaycandakı bank hesabındakı 11 milyon dollara dair sənədlərin açıqlanmasını tələb edir.

İddiaçı bildirir ki, bu sənədlərin açıqlanması şirkətin həmin vasaitləri qanuni əsasda yerləşdirib-yerləşdirmədiyini müəyyən etməyə kömək edəcək. İnvestor hesab edir ki, şirkət vəsaitləri xarici banklarda gizlədərək səhmdarlara dividendlərin verilməsindən yayınmaq istəyir.

Şirkət isə iddiaçının ərizəsində göstərilmiş tələblərlə bağlı vəkillərin araşdırma apardığını açıqlayıb.

BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. Şirkətin nəzarət səhm paketi Ukraynanın Odessa vilayətindən olan yəhudi biznesmen Aleksandr Qranovskidir. Hazırda o, Ukraynada bizneslə məşğuldur.

Şirkətin səhmlərinin bir qisminə nəzarət edən investorlar bundan əvvəl də Qranovskini İsraildəki aktivlərindən de-fakto yaxa qurtarmaq üçün gizli sövdələşmələrdə ittiham ediblər. Belə ki, Qranovski İsrael-18 adlı şirkətinin nəzarət səhm paketini odessalı biznesmen Qriqori Qurtova satıb. İsrael-18 şirkəti isə BSD Crown Ltd. şirkətini idarə edir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.