Ölkədən kapital axını sürətlənib; Azərbaycanı daha ağır vəziyyət gözləyir

5-01-2016, 09:56   
Ölkədən kapital axını sürətlənib; Azərbaycanı daha ağır vəziyyət gözləyir

Azərbaycandan xaricə pul axını sürətlənib. Əldə etdiyimiz məlumata görə, 21 dekabr devalvasiyasından sonra iş adamları pullarını ölkədən çıxarır. Əslində bu tendensiya Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”ndan sonra başlamışdı.

Beynəlxalq Bankdan kredit götürən sahibkarların həbsi digər iş adamalarını da qorxutmuşdu. Bu baxımdan onlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayaraq pullarını ölkədən çıxarmağa başlamışdılar.

Ekspertlər bildirir ki, ölkədən pul axınının sürətlənməsinin obyektiv səbəbləri var. Birinci səbəb manata olan inamın azalmasıdır. Iş adamları milli valyutaya bel bağlamadıqlarına görə xaricdə yatırım qoymağı daha üstün sayırlar. Başqa bir səbəb isə ölkədə hökm sürən böhran nəticəsində alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsidir.


Başqa bir səbəb isə hökumətin neftin ucuzlaşması nəticəsində itirdiyi vəsaitləri iş adamlarının hesabına kompensasiya etmək niyyətidir. Mağazalara yüksək məbləğli cərimələr tətbiq olunması, sahibkarlardan müxtəlif adlar altında pul yığılması və s. bu kimi addımlar buna misal ola bilər.

Ekspertlər hesab edir ki, xaricə pul axının sürətlənməsi ölkədəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.