Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının baş mütəxəssisi Səbinə Sadıqova bu günlərdə redaksiyamıza gələrək verdiyi məlumatında bildirir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov Dövlət Xidmətində işləyən bəzi dövlət qulluqçularına, o cümlədən mənə qarşı qanunsuz hərəkətləri, təhqirlərə yol verməsi, dövlət qulluqçusunun etik davranış qaydalarının pozması, Xidməti qeyri-qanuni hərəkətləri ilə nüfuzdan salması halları ilə qarşılaşmışıq. Bu barədə dəfələrlə Nazirliyin rəhbərliyinə etdiyimiz şikayətlər Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən hələ də cəzasız qalmaqdadır. Bundan öz maraqlarına uyğun istifadə edən Azər Süleymanov Dövlət Xidmətini öz şəxsi biznesinə çevirmidir. Bu işlərdə də ona əsas yardımçı olan Göy-göl rayononda laboratoriya direktoru işləmiş Aydın Hüseynovu qanunsuz dövlət qulluğu statusu olan Dövlət Xidmətinin aparatında sektor müdiri təyin etmişdir. (Dövlət Xidmətində rüşvət yığımı Aydın Hüseynov tərəfindən aparılır).”
Səbinə Sadıqova sözünə davam edərək söylədi ki, “demək olar ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu dövlət qurumunda heç bir dönüş yaratmadı, əksinə Azər Süleymanovun “iti rüşvət mişarı” sahibkarları, yerli baytarlıq idarələrini daha da dərindən kəsməyə başladı. Rüşvətin miqdarı qaldırıldı, rüşvətin manatla olan kursu dollarla hesablandı. İş adamları indi yalnız rüşvəti ya “göy kağızla” yada yeni kursla ödəməlidirlər.
Kənd Təsərrüfatının istimullaşdırılması məqsədilə bir sıra imzalanmış sərəncam, fərmanlar yalnız Kənd Təsərrüfatı Nazirliyində, eləcədə onun tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində işləyən qüsursuz dövlət qulluqçularının “ixtisar” adı altında və ya şər, bötan atmaqla işdən çıxarılmasında istifadə edildi. Rəhbərlik bilməlidir ki, gün gələcək, Prezidentin imzaladığı sərəncam və fərmanların icrası onlardan mütləq və yenə də mütləq soruşulacaq. Onda əlləri “Rüşvət Sükanından” çıxmış, üzərlərinə “RÜŞVƏT” damağası vurulmuş bu şəxsləri cəmiyyət lənətləyəndə görəsən peşimançılıq hissləri keçirməyəcəklər? Bu zamanda işsiz qalmağın dadını duyacaqlarmı?
SAXTA DİPLOMLU LEYLA xanım
Bundan başqa, Azər Süleymanovun əlindən təngə gəlmiş iş adamlarından, incidilmiş mütəxəssislərdən Dövlət Xidmətinə daxil olan şikayət müraciətlərinin gizlədilməsi, araşdırılmadan müraciətlərə öz maraqlarına uyğun yazılmış cavab məktublarını kitabda qeydiyyatı aparılmadan ünvanlara göndərilməsinin təşkil edilməsi üçün Xidmətin aparatında saxta ali təhsil diplomu olan Sultanova Leyla Mürvət qızı fəaliyyət göstərir. L. Sültanovanın Azər Süleymanova “sədaqətlə xidməti”nə görə Dövlət Xidmətində məni “İxtisar” adi ilə işdən çıxararaq saxtakar Leyla Sultanovaya böyük səlahiyyətlər vermiş, hətta Leyla xanımın “əməyi qiymətləndirilərək” hər ay maaşından əlavə içərisində 250 manat olan “Paket” verilir. Bu əlavələrdən başqa, Leyla Sultanova rəisi Azər müəllimin ona yaratdığı şəraitdən istifadə edərək hamının gözü qarşısında, qorxub-çəkinmədən yüklərin idxal-ixracına icazə almağa müraciət edən iş adamları, firma və şirkətlərin nümayəndələrindən onların müraciətlərinin saxtalaşdırması, qeydiyyata alınması və icazə sənədlərinin kitaba vurulması üçün hər müraciət məktubuna görə 10-20 manat rüşvət
yığır. Beləliklə, cəzasızlıqdan istifadə edən Azər Süleymanovun yaratdığı “RÜŞVƏT SİSTEMİNDƏ” iştirak edən Xidmətin inzibati binasında iş otağı sağda olan Aydın Hüseynov və sol otaqda olan Leyla Sultanova cütlüyü ora müraciət edən iş adamlarını, firma və şirkətlərin nümayəndələrini hərəsi bir tərəfdən- sağdan və soldan əməlli başlı soyurlar”.
Saxta diplomla əldə olunan milyonlar
Səbinə Sadıqova məlumatını davam edərək bildirir ki, “ən təhlükəli hal odur ki, müraciət məktublarının bir hissəsi müraciət edən iş adamı, firma və şirkətlərin rəhbərləri tərəfindən deyil, müraciət məktubunu Xidmətə gətirən aidiyyəti olmayan adamlar və ya taksi sürücüləri tərəfindən Leyla Sultanovanın yanında imzalanır. Leyla xanım bundan istifadə edərək onları yaxşıca soyur. Müraciətlərin isə əsl sahibi tərəfindən imzalanmaması vergi ödəməsindən yayınmalara real şərait yaradır. Belə ki, Leyla Sultanova rüşvət alaraq öz kompüterində iş adamlarının, firma və şirkətlərin rəhbərlərinin adından saxta müraciətlər yazaraq (Müraciətlərin surəti Leylanın kompüterində gizli saxlanılır) müraciəti gətirən naməlum, vəkaləti olmayan şəxslərə imzalatdırır. Bəzən müraciət elə Xidmətin yüklərə nəzarət sektorunun əməkdaşları tərəfindən də yük sahibinin əvəzinə imzalanır. (Yoxlansa müraciətlərin əksəriyyəti əsil yükün sahibinin imzası ilə eyni gəlməz). Dövlət Xidmətində isə onlardan külli miqdar rüşvət alındığına görə bilərəkdən buna göz yumulur və icazəni götürən şəxs tərəfindən kitabda imza etdirilmir. Sonradan vergidən yayınmış iş adamını, firma və şirkət rəhbərini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Araşdırılması İdarəsinə çağırdıqda istintaqda məlum olur ki, yükün idxal etməsi barədə müraciət həmin iş adamı və ya firma və şirkət tərəfindən imzalanmamış, onun adından saxta yazılmışdır. Beləliklə, Leyla xanımın iş adamından, firma və şirkətlərdən 10-20 manat alaraq həyata keçirdiyi əməliyyat nəticəsində vergidən yayınmalara yol açmaqla, vergi tutulmalarından büdcəyə daxil olmaları əngəlləyir.
Leyla Sultanovanın saxta diplomla Dövlət Xidmətində “at oynatmasi” barədə mənim aidiyyəti dövlət orqanlarına müraciətlərim araşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsinə baxmayaraq icrasız qalmış, bütün müraciətlərimə əlavə etdiyim sübut edici sənədlər Azər Süleymanovun göstərişi ilə gizlədilir, Leyla Sultanova isə müraciətlərimi kitabdan qeydiyyatdan yayındırır, sonra isə nəzarət orqanlarına cavab məktubu yazılaraq, faktların güya yalan olduğu göstərilir.”
Bundan başqa, Səbinə Sadıqova məlumatında qeyd edir ki, “Azər Süleymanov tərəfindən basqılara, təyziqlərə, təhqirlərə məruz qalmağımız, nəhayət qanunsuz işdən çıxarılmağımız barədə rəsmi şikayətlərimizə baxılmadığı üçün cari ilin dekabrın 11-də Konstitutsion hüquqlarımızdan istifadə edərək Beynəlxalq Mətbut Mərkəzində Mətbuat Konfrası keçirərək mediya vasitəsilə bu qanunsuzluqlara son qoyulması barədə jurnalistlərin dostu və Azərbaycan vətəndaşının qarantı olan Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə, hətta Azər Süleymanovun bu qanunsuz hərəkətlərinə son qoymağa həvəsi olmayan, bunlara dözən Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova da müraciət etmişik. Lakin bundan sonra mənə qarşı təyziqlər daha da artmışdır. Belə ki, Dövlət Xidmətinin kadr sektorunun müdiri (Azər Süleymanovun qanunsuz hərəkətlərini dəstəkləyən Kənd Təsərrüfatı Nazirliyi hüquq və kadr işləri üzrə
şöbəsinin müdiri Xudayət Həsənlinin yaxını və onun tapşırığı ilə vəzifəyə gətirilən) B. Məmmədov məni yanına çağıraraq Mətbuat Konfransı keçirdiyim üçün “Səni tutduracam”, “basdıracam”, deyərək hədə-qorxu gəlmiş və zorən izahat yazmağımı tələb edir. Mən B. Məmmədovun hədə-qorxu gəlməsi səsini telefonuma yazmışam və bu günlərdə keçiriləcək məhkəmədə təqdim edəcəm. Mən Dövlət Xidmətində baş verən saxtakarlıqlar barədə Kənd təsərrüfatı Nazirliyinin rəhbərliyinə müraciətlərim Azər Süleymanova göndərilsə də, o bu faktları gizlədir və məni qərəzli fikir söyləməkdə süçlandırır. Bütün saxtakarlıqlar barədə yazdığım müraciətə Milli Təhlükəsizlik Nazirliyindən aldığım cavab məktubunu və Leyla Sultanovanın saxta diplomla ali təhsil tələb olunan vəzifəyə təyin edilməsinin gizlədilməsi ilə bağlı əmr kitabının saxtalaşdırılmasını təsdiq edən faktları olduğu kimi diqqətinizə təqdim edirəm.
İnanıram ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində haq, ədalət bizimlə zəfər çalacaq”