''Qoy, heç olmasa çörəyi doyunca yeyək'' (VİDEO)

8-01-2016, 11:20   
''Qoy, heç olmasa çörəyi doyunca yeyək'' (VİDEO)

Sovet dönəminin Bakısı çörək qıtlığı çəkirdi. Bəs müasir Bakının çörək dərdi bitibmi?

Dolların bahalaşması çörəyin qiymətinə də təsir etdi. İndi ailəsinə bir tikə çörək aparanların qayğısı bir az da artıb. 40 qəpiklik çörəyin çəkisi əvvəl 750 q olsa da, indi 520 q-dır. Bunu dükanda işləyən satıcı deyir.

"Bu il Azərbayanda 1 milyon 800 ton buğda istehsal olunubsa, çörəyin qiyməti niyə artıb?" - deyə Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov sual edir:

"Bu gün hökumətin ehtiyat fondunda əgər həqiqətən buğda varsa, həmin buğdanı bazara çıxarmalıdır və qiymət artımının qarçısını almalıdır. Əgər buna gedilmirsə, deməli ehtiyat fondunda buğda yoxdur. Hökumətin istehsalla bağlı verdiyi statistik rəqəmlər də yalnız şişirdilmiş rəqəmlərdir. Reallıqda biz bunu görürük."

Ekspert bahalaşmanın davam edəcəyini deyir. Rəsmi qurumlar açıqlama vermir. Çörəklə sınağa çəkilən sadə vətəndaşlar üçün bu ilin də çətin olacağı istisna deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.