Azay Quliyevlə əlbir olan bu şəxs hər bir qrant müsabiqəsində külli miqdarda vəsaiti MTN rəhbərliyinə ötürüblər

10-01-2016, 23:25   


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da MTN-nin maliyyə poliqonu olub.

Belə ki, Şura yaradılarkən MTN əməkdaşı Azər Rəhimov üçün orada xüsusi vəzifə müəyyən edilmiş və normal fəaliyyəti üçün xidməti otaq ayrılmışdır. Şuranın sədri Azay Quliyevlə əlbir olan bu şəxs hər bir qrant müsabiqəsində külli miqdarda vəsaiti MTN rəhbərliyinə ötürüblər. Qrant müsabiqələrində özlərinə aid olan xeyli sayda təşkilatlara maliyyə yardımı edilmiş, həmin vəsaitin müəyyən bir qismi isə MTN rəhbərliyinə təqdim edilib. Rabitə Nazirliyində baş verən hadisələrdən kifayət qədər narahat olan Azay Quliyev noyabr ayında, bir həftə öncəki tarixlə MTN polkovnik- leytenantı Azər Rəhimovu Şuradakı vəzifəsindən azad etmişdir. Şuranın qrant vəsaiti ayırdığı təşkilatların adlarına və onların maliyyə aldıqları layihələrə diqqət yetirəndə aydın olur ki, həmin layihələrin heç biri real icra olunmaq üçün deyil. Bu tip layihələr sadəcə sənədləşdirilib, vəsaitin silinməsi üçün nəzərdə tutulur. Məsələn: Quba Kənd Təsərrüfatına Dəstək İctimai Birliyi Gəncə şəhərində vətənpərvərlik təlimləri keçmək üçün Şuradan qrant alır. Əgər Azay Quliyev bəyan etdiyi kimi şəffaflığı təmin edirsə, Qubada kənd təsərrüfatı ilə məşğul olan təşkilata Gəncədə vətənpərvlik təlimləri keçirməyə necə “şərait” yaradıb? MTN-nin Şuranı öz maliyyə poliqonuna çevirməsi, digər tərəfdən də Azay Quliyevin bütün bunlara göz yumaraq öz QHT imperiyasını yaratması, ölkədə bu sektorun çoküşünü tezləşdirdi. 600-dən çox QHT-ni özündə birləşdirən Milli QHT Forumuna Azay Quliyevin bibisi oğlu Rauf Zeyninin rəhbərlik edir. 5 regional QHT Resurs Mərkəzlərinin (Şirvan, Qəbələ, Şəmkir, Quba və Mingəçevir) rəhbərlərinin Azay Quliyev tərəfindən idarə olunması və onlar vasitəsilə həmin regionda olan təşkilatlara ayrılan vəsaitlərin toplanması, xarici donorlardan ayrılan maliyyənin Şura vasitəsilə adları qeyd olunan Resurs Mərkəzlərinə yönəldilməsi (Kimoneks, Counterpart və SEDA), Şura əməkdaşlarının 70 faizinin Azay Quliyevin qohumlarından ibarət olması, İcraçı direktorun Azay Quliyevin bacısının həyat yoldaşı, baş mühasibin isə baldızının həyat yoldaşı olması, Şuranın nəzdində fəaliyyət göstərən QHT Nəşriyyatının direktorunun Azay Quliyevin qayınatası Ramil Süleymanovun olması, qrant müsabiqəsində qalib elan etdirilən QHT-lərin bütün çap işlərinin məcburi şəkildə bu nəşriyyatda icra olunması, Şuranın bütün texniki avadanlıqlarını satan və xidmətlər göstərən müxtəlif adlı şirkətlərin Azay Quliyevin dayısı oğlu İlham Bayramova məxsus olması, Şuranın QHT-lərə ayrılan 2,5 milyonluq qrant məbləğindən başqa, yerdə qalan 3-4 milyon vəsaitin Şuranın tədbirləri adı altında silinməsi və s. Yuxarıda qeyd edilən nüanslar əldə etdiyimiz vəsaitin yalnız bir hissəsidir. /Xəbərdar.net/

Redaksiya yazıda adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.