Arzu Rəhimovun 2 milyonluq VİLLASI -FOTO

11-01-2016, 01:40   

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova məxsus olduğu bildirilən malikanənin fotosu yayılıb. Həmin malikanə Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşir. Qiyməti milyonlarla manatla ölçülən bu malikanin məhz Arzu Rəhimov məxsus olduğu iddia edilir.
Daxil olan məlumatda iddia edilir ki, fotodakı malikanədə yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil vardır ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır. Malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 1-il əvvəl 2-milyon manata alıb. Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.
Əgər general bahalı malikanəyə və avtomobillərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra sahiblənibsə, o zaman Arzu Rəhimovun fəaliyyətinin ciddi şəkildə yoxlanılmasına ehtiyac var. Çünki Arzu Rəhimovun əmək haqqı bahalı villa və avtomobillər əldə etmək, dəbdəbəli həyat tərzi keçirmək üçün çox azdır. Ona görə də ehtimal etmək olar ki, bu varidat korrupsiya yolu ilə əldə olunub.
Qeyd edək ki, bundan əvvəl Arzu Rəhimov bağlı yayılan məlumatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələri üçün inzibati binaların tikintisində maliyyə maxinasiyalarının həyata keçirildiyi iddia edilirdi.
Arzu Rəhimovla bağlı yayılan digər məlumatda isə qeyd edilir ki, o, yenidən başqa bir vəzifəyə təyinat ala bilər.
İddia edilir ki, əslində "MTN işi" qalmaqalı bir sıra rəhbər vəzifəli şəxslərlə bağlı planlaşdırılan qərarların ertələnməsinə nədən olub ki, onların sırasında Arzu Rəhimov da var. "Arzu Rəhimov, Ziya Məmmədov, Nazim İbrahimov və daha bir neçə vəzifəli şəxslə bağlı çoxdan planlaşdırılan qərarlar var. Səs-küylü "MTN işi" qalmaqalı bir növ bu prosesin ertələnməsinə gətirib çıxardı.
Amma hazırda "nisbi sakitlik" hesab oluna bilər. Və hökumət həmin dəyişikliklərin icrasına start vermək üzərədir",-deyə məlumatı verən mənbə bildirib.
Mənbə bildirir ki, Arzu Rəhimov bu dəfə də yeni vəzifə ilə "mükafatlandırılacaq": "Görünür, ondan tam imtina olunmur və yaxud da himayədarları onu sona qədər qorumaq fikrindədir. Hələlik konkretləşməsə də, Rəhimovun nazirliklərin birinə idarə rəisi təyin olunması gözlənilir".
Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.