GDU Azərbaycan təhsilinin üz qarasına çevrilmək üzrədir... - Rüşvət qalmaqalı...

12-01-2016, 11:13   
GDU Azərbaycan təhsilinin üz qarasına çevrilmək üzrədir... - Rüşvət qalmaqalı...
Gəncə Dövlət Universitetində (GDU) ara yenidən qarışıb. JAM.AZ xəbər verir ki, bu dəfə aranın qarışmasının səbəbkarı isə müəllimlərin tələbələrdən rüşvət tələb etməsi olub.

Həmin tələbələrdən biri Xəyalə Məmmədova JAM.AZ-a yazaraq bildirib ki, ondan imtahanlar üçün 70 manatdan pul tələb ediblər. Lakin imkanı olmadığından verə bilməyib. Cavabında isə bildiriblər ki, pul verməsə, kəsiləcək. Vəziyyətdən çıxmaq üçün anası ilə birlikdə GDU-nun rektoru Yusif Yusifovun da yanına gediblər, amma yenə də faydası olmayıb.

Xəyalə Məmmədova yazır ki, onun kimi onlarla tələbə var ki, bilikləri olsa da, imtahan vermələrinə imkan yaradılmır. Prosesin başında dekan İldırım Qasımovun durduğunu vurğulayan tələbə, GDU-da artıq hər şeyin nəzarətdən çıxdığını da deyir.

Amma JAM.AZ başqa bir maraqlı məlumat daha əldə edib. Məlum olub ki, GDU-dakı rüşvət skandalının arxasında gizli yolla çəkilmiş videogörüntü də varmış. Daha doğrusu, prosesin təkanverici qüvvəsi elə həmin görüntülərdir.

Məlumatı verən mənbənin iddiasına görə, bir neçə tələbə onlardan imtahan üçün rüşvət tələb edən müəllimlərin gizli şəkildə görüntülərini telefonun kamerasının yaddaşına köçürüblər. Hazırda həmin görüntülərin tələbələrdə olduğunu bildirən mənbə qeyd edib ki, onlar yaxın günlərdə Baş Prokurorluğa təqdim etmək niyyətində olduqlarını dilə gətirib.

Mənbə həmin videonun yaxın günlərdə JAM.AZ-a da təqdim ediləcəyini qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.