Seyiddin cəddi mənə qənim olsun ki, yığılan pulların çoxu cənab nazir Səlim Müslümova çatır

14-01-2016, 10:36   
Seyiddin cəddi mənə qənim olsun ki, yığılan pulların çoxu cənab nazir Səlim Müslümova çatır


Cəlilabadda sosial yardımı seyidlər müəyyən edir
Bu gün keçid dövrünün çətinliklərinə görə, hökumətimiz aztəminatlı ailələrə müavinətlər, ünvanlı sosial yardımlar müəyyən edir.
Və bunun üçün dövlətin büdcəsindən milyonlarla vəsait ayrılır.
Ancaq ayrılan vəsaitin çox az qismi aztəminatlı ailələrə çatır.
Beləki dövlət qurumları aztəminatlı ailələr üçün elə “baryer”lər yaradır ki...yazıq vətəndaş dövlətin ayırdığı vəsaitin ən az 50 faizini, yəni 6 ayını məmurlarla bölüşür. Beləliklə dövlətin vətəndaşa qayğısının yarısı məmurların cibinə axır. Bu heç kəsə sirr deyil. Bunu dəfələrlə cənab nazirin özü də qeyd edib.
Ancaq bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon mərkəzi sosial yardım almaq istəyən vətəndaşları süründürür, müxtəlif bəhanələr gətirərək aylarla gözlədir, axır ki, şərtlərə razı salırlar.
TEREF.İNFO nuh.az-a istinadən yazır ki, ƏƏSMN-nin Cəlilabad mərkəzinə Azər Mirzəxanlı müdir təyin olunan gündən nəinki aztəminatlı vətəndaşların, hətta əlil insanların da vəziyyəti dözülməz olub.
İş o həddə çatb ki, Azər Mirzəxanlı vətəndaşları inandırmaq üçün hansısa seyidin cəddinə and içir. Mirzəxanlı deyir ki, filan seyiddin cəddi mənə qənim olsun ki, yığılan pulların çoxu cənab nazir Səlim Müslümova çatır.
Qoy məsələ ilə bağlı cənab nazir öz fikrini bildirsin.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
Teref.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.