Azerbaycaninfo.az təqdim edir. Şəhidlər xiyabanında Milli Qəhrəman İsrafil Şahverdiyevin anım tədbiri keçirildi. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov başda olmaqla birliyin üzvləri, Milli qəhrəmanın döyüş yoldaşları, övladları və ictimaiyyət nümayəndələri də iştirak etdilər. Tədbirdə çıxış edən biliyin sədri Babək Aslanov Milli Qəhrəman İsrafil Şahverdiyevin şərəfli döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü və dəyərli bir insan olmsı barədə məlumat verdi. İsrafil Şahverdiyev ölümüylə Azərbaycan gəncliyində, vətənə, xalqa hansı səviyyədə bağlı olduğunu bir daha göstərdi. Birliyin sədri Babək Aslanov onu da vurğuladı ki, Ulu öndər heydər Əliyevin imzası ilə İsrafil Şahverdiyevə Milli Qəhrəman adı verildi. Elə Ulu Öndər heydər Əliyevin siyasətinin davamı olaraq bu gün də İlham Əliyev Şəhid ailələrinə, veteranlara, əlillərə, Milli Qəhrəmanlara və onların ailələrinə daima diqqət və qayğı göstərərək bu gün də həmin siyasəti davam etdirir. Babək müəllim qeyd etdi ki, İstənilən anda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin üzvləri keçmiş döyüşçülər səfərbər olaraq Prezident İlham Əliyevin əmr və göstərişlərini yerinə yetirməyə hazırıq.
Çıxışında Babək Aslanov Milli Qəhrəman İsrafil Şahverdiyevin qəhrəmanlığının sirri barədə ürək dolusu məlumat Verdi. . Qeyd etdi ki, Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. Allah rəhmət eləsin!
Döyüşçü yoldaşlarından biri isə onun son döyüşünü xatırlayaraq, son nəfəsinə qədər necə döyüşdüyünü bir daha xatırlatdı. 6 yanvar 1994 -cü ildə Füzili rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil puleymyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur. Digər çıxış edən döyüşçülər də Milli Qəhrəmanın qəhrəmanlıqlarından danışaraq onu bir daha yad etdilər. Anım tədbirinə toplaşanlar xiyabanı ziyarət edərək bütün şəhidlərə Allahdan rəhmət diləyilə tədbirə yekun vuruldu.
Allah rəhmət eləsin!
Azerbaycaninfo.az