Siyəzəndən dəhşətli xəbərlər

17-01-2016, 18:26   


“Siyəzəndə tutulanların sayı 55 yox, 200-dən artıqdır. Onları Bakıdan gətirilən xüsusi dəstə həbs etdib. Bir çoxlarını tutulduqları vaxt ailə üzvlərinin gözü qarşısında döyüblər”.

Bu sözləri “Basta” əməkdaşı adının şəkilməsini istəməyən mənbə deyib. Məlumata görə, Bakıdan gətirilən xüsusi dəstənin üzvləri bir-biri ilə azərbaycanca yox, siyəzənlilərin bilmədiyi hansısa başqa dildə danışırlarmış. Mənbənin sözlərinə görə, tutulanların əksəriyyətinin harada saxlandığı bilinmir. Onlara işgəncə verildiyi və Müsavat əleyhinə ifadələr toplandığı deyilir.

Etirazın ilk günündə əhalinin aldadıldığını bildirən mənbə repressiyaların səbəbini belə açıqlayıb: “Təxminən 200 nəfər adam unun qiymətinin bahalaşmasına narazılığını bildirmək üçün icra hakimiyyətinə getmişdi. Onlar icra başçısı və deputatla görüşüb öz dərdlərini demək istəyirdilər. İcra başçısı camaata söz vermişdi ki, sabah saat 11-də deputatımız Tahir Süleymanov da gələcək, indi dağılışın, sabah gələrsiz akt zalında oturub söhbərt edərik. Camaat bu sözə inanıb dağılışdılar. Amma həmin gecə ora gedən 200 nəfərin hər biri zorakılıqla öz evində həbs olundu. Sonrakı günlərdə insanlar sadəcə bu həbslərə etiraz bildirib”.

Mənbə onu da bildirib ki, tutulanların qohumları işgəncə haqda məlumatlardan çox narahatdırlar, ona görə bütün jurnalistlərdən və hüquq müdafiəçiəlirindən bu məsələdə dəstək umurlar.

bastainfo.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar