Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. Iclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı (APA).
“Azadlıq” bir neçə deputatla əlaqə saxlasa da, onlar Milli Məclisin gündəliyi barədə məlumatlı olmadıqlarını bildirib. Deputatlara parlamentin növbədənkənar iclasında hansı məsələlərin müzakirə ediləcəyi deyilməyib. Lakin əldə etdiyimsiz məlumata görə, məlumata görə, Milli Məclis büdcəyə yenidən baxmaq üçün toplanır.