Rufiz Qonaqov: PREZİDENTİMİZİN ARXASINDA MÖHKƏM OLAQ !

19-01-2016, 10:18   


Bu gün qloballaşan dünyada gedən proseslər ölkəmizə də təsirsiz ötüşməyib.Azərbaycan dünyanın əsas enerji ölkələrindən biri və reğionun aparıcı dövləti olduğundan bu gözlənilən idi. Burada təəccüblü heçnə yoxdur.
İllər öncə dünyada yaranmış iqtisadi böhran ölkəmizdə əvvəlki illərdə nəzərəçarpacaq formada hiss olunmadı.
Ölkəmiz öz iqtisadi resursları və imkanları hesabına bunun öhdəsindən indiyədək gəlməyi bacardı. Yalnız 2015 -ci ilin sonlarından etibarən neftin qiymətinin sünii şəkildə 4 dəfədən artıq aşağı düşməsi nəticəsində dünyadakı iqtisadi böhranın təzahürləri Azərbaycanda da hiss edilməyə başladı .
Lakin , bugün Azərbaycan əvvəlki Azərbaycan deyildir. Azərbaycan bu gün iqtisadi imkanları yüksək olan , hərtərəfli ehtiyatları , güclü və müstəqil siyasət aparan Prezidenti olan ölkədir !
İndiyədək olduğu kimi nə qədər çətin olsada , xalq və Prezidentin birliyi sayasində ölkəmiz bu çətinliklərin də öhdəsindən gələcək . Buna heç kimin şübhəsi olmasın. Yetərki , biz Prezidentimizin arxasında möhkəm olaq !..
Təəssüfki , bu gün ölkəmizdəki müvəqqəti iqtisadi problemlərdən istifadə edərək , varlanmaq istəyən işbazlar , ayrı -ayrı monopolistlər , xarici ölkələrin əlində alətə çevrilmiş 5 -ci kalonun nümayəndələri yenədə bu fürsətdən maksimum faydalanmaq istəyirlər. Ölkəmizdə sosial çətinliklər fonunda yenidən fəallaşan xarici qüvvələrin arzusu bu dəfədə ürəyində qalacaq.
Xalq -Prezident birliyi sayəsində Azərbaycana uzanmış əllər yenədə kəsiləcək ! Ölkəmiz tezliklə güclü iqtisadi reformalar , qeyri neft sektorunun inkişafı , manopolyanın aradan qaldırılması , azad biznesin və sahibkarlığın inkişaf etdirilməsi sayəsində yenidən iqtisadiyyatını gücləndirəcəkdir ! Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugün hökumətin iclasındakı qətiyyətli və prinsipial çıxışı bunu bir daha sübut edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar