Siqaretin qiyməti: ucuzlaşma yoxdur, əvəzində ajiotaj var

19-01-2016, 18:07   
Siqaretin qiyməti: ucuzlaşma yoxdur, əvəzində ajiotaj var
Dünəndən etibarən (18 yanvar) mətbuatda siqaretin ucuzlaşması ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlar görə, paytaxt marketlərində siqaretin qiyməti 25-30 faiz ucuzlaşdırılıb.
Marketlərdə satıcılar musavat.com-a açıqlamarında yayılan məlumatın əksini söyləyiblər.
Marketlərdə siqaretin qiymətində heç bir azalma olmadığının şahidi olduq. Misal üçün “Rahat” marketin kassirləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, siqaretin qiymətinin endirilməsi ilə bağlı xəbəri eşidiblər, ancaq faktiki olaraq mövcud qiymətlərdə hər hansı enmə yoxdur.
Şəhərdə yerləşən kösklərdə də durum eynidir. Köskdə satıcı işləyən Ramizin sözlərinə görə, dünəndən alıcılar siqaretin yeni qiymətini soruşur və ucuzlaşma olmadığını bilincə narazılıq edirlər: “Doğrusu, mən heç bilmirdim nə söhbətdir. Sonra öyrəndim internetdə xəbər yayılıb ki, siqaretin qiyməti endirilib. Ancaq biz bu gün də siqareti devalvasiyadan sonra artırılan qiymətlə almışıq. Eyni zamanda təbii ki, həmin artım qiyməti ilə də satırıq. Qiymətlərdə hər hansı bir enmə yoxdur. Bu sadəcə bir panikadır. Artıq hər kəsə “qiymətlər enməyib” deməkdən yorulmuşuq”.azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar