Müşfiq Rəhimovun 180 min manatlıq brilliant gülü

19-01-2016, 21:35   


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyatı şöbəsinin rəisi Müşfiq Rəhimov etdiyi qanunsuz əməllərə rəğmən, uzunmüddətdir vəzifə başında qalmağı bacarıb. Onun vəzifə başında qalmasını şərtləndirən əsas cəhət özünün iddia etdiyi şəkildə dediyi sözlərdə gizlənib.


Əldə etdiyimiz məlumata görə, Rəhimov bir müddət əvvəl özünə yaxın bildiyi adamların yanında deyib ki, postunda qalmasının əsas səbəbi vaxtlı vaxtında onu himayə edən generallardan birinə hədiyyə verməsidir. Məlumatda deyilir ki, şöbə rəisinin iddiasına görə, o, hər il sözügedən generala dəyəri 180 min manat (məlumat devalivasiyadan öncəyə aid olduğu üçün bu rəqəm 250 min dollar civarındadır-red.) olan brilliant gül bağışlayır. Və bu səbəbdən də postunda qalır.


Qeyd edək ki, həmin generalın adı bizə məlumdur və etika xatirinə açıqlamırıq. Məlumata görə, Rəhimov bu nadir hədiyyələri İsraildən gətizdirir və nömrə satışından əldə etdiyi pullarla əldə edir.[media=https://www.youtube.com/watch?v=jJg0UuraKvU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.