Ağdam rayonundan məcburi köçkün Namiq Mehdiyev anaxeber.info saytına müraciət edib. Namiq Mehdiyev bildiri ki, o 2015-ci ilin fevral ayınadək ticarətlə məşğul olub. Namiq Mehdiyevin sözlərinə görə, bu müddətdə onunla işləyən Tərtər rayon sakini Orucova Nazilə Oruc qızı adlı şəxs ona 21 min manat borcu yaranıb. Lakin həmin şəxs borcu qaytarmayıb. Bu baxımdan Namiq Mehdiyev məhkəməyə müraciət etməli olub: ”İşə Tərtər rayon Məhkəməsinin hakimi Nadir Əsgərov baxırdı. 8 aprel 2015-ci il tarixində məhkəmə borcun ödənilməsi haqqında qətnamə çıxardı. Cavabdeh tərəf haqsız olduğunu bilərək apellyasiya şikayəti də verməyib. Bundan başqa iş icra üçün Tərtər rayon Məhkəməsinin icra şöbəsinə göndərilib. Mən icra şöbəsinə getdim və onlardan cavabdeh şəxsi tapıb mənə olan borcunu ödətdirmələrini xahiş etdim. Həmin vaxtdan bu günə qədər mənə 800 manat ödənilib. Bundan sonra xəbərnamə ilə icra şöbəsinə məktub ünvanlayaraq cavabdeh şəxs barədə görülmüş tədbirlərin surətlərinin göndərilməsini və eyni zamanda cavabdeh tərəf barəsində cinayət işi başlanmasını xahiş etdim. Lakin heç bir cavab verilmədi.
Bundan sonra Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalova müraciət ünvanladım. Hələ ki müraciətimə cavab verilməyib. Manat 2 dəfə devalvasiyaya uğrayıb. Bu o deməkdir ki, mənə ödəniləcək məbləğ 2 dəfə dəyərdən dushub. Mən bu məsələ ilə bağlı KİV vasitəsilə prezident İlham Əliyevə müraciət edərək ondan bu məsələni diqqətdə saxlamasını xahiş edirəm”
.