Ağalar Vəliyevin başı yenə dərddə: Deputatın şirkətində 63 yaşlı fəhlə öldü

23-01-2016, 07:17   

Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Musavat.com-un məlumatına görə, bədbəxt hadisə ötən axşam paytaxtın Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib. Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir.
Yikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Yaralı dərhal əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sifarişi ilə həyata keçirilir. Tikintini “Azəraqrartikinti” şirkəti aparır. Tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb və bina ötən il sentyabrın 1-də təhvil verilməliydi. Lakin tikinti vaxtında başa çatdırılmayıb. Ona görə də fəhlələr gecə saatlarına qədər çalışdırılır.
Bu məlumata cumhuriyyet.az olaraq onu da əlavə edək ki, “Azəraqrartikinti” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Deputatın biznes fəaliyyəti haqda daha ətraflı məlumatı “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA” yazısından oxuya bilərsiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.