Yavər Camalova təhlükə yaranıb; Nazirin milyonluq varidatını araşdırmaq istəyirlər

24-01-2016, 01:30   
Yavər Camalova təhlükə yaranıb; Nazirin milyonluq varidatını araşdırmaq istəyirlər
"MTN işi” müdafiə sənayesi naziri Yavər Camalovu da problemlə üzləşdirib.

"Reytinq” qəzeti iddia edib ki, Yavər Camalovun MTN-nin hazırda həbsdə olan rəhbər şəxsləri ilə əqalərinin olması səbəbindən istintaqa cəlb edilə bilər. Amma nazirin karyerasını bitirəcək problemlər təkcə bununla bağlı deyil. «Reytinq»in arşdırması zamanı bəlli olub ki, Yavər Camalov sahib olduğu milyonluq mülklərlə bağlı da narahat olmağa başlayıb. Qəzet iddia edir ki, nazir sahibı olduğu və dəyəri milyonlarla ölçülən mülklərlə bağlı araşdırma riski hiss etdiyindən təşviş içərisindədir.

Ciddi mənbədən qəzetə bildiriblər ki, artıq bəzi məmurların harın həyat tərzi, qanunsuz yolla milyonluq mülklərə sahib olmaları və övladlarının qudurğan həyat tərzləri ilə gündəmə gəlmələri hakimiyyət daxilində də ciddi narazılıqla qarşılanır: "Ölkə başçısının da buna sərt reaksiya verməsi diqqətdən qaçmır ”.

Məlumatda bildirilir ki, ölkə iqtisadi böhranla üzləşdiyi bir vaxtdaqanunsuz yolla oliqarxa çevrilmiş nazirlərə məxsus milyonluq mülklərin gündəmə gətirilməsi birmənalı qarşılanmır. Bu səbəbdən də, artıq bəzi nazirlər birinci dərəcəli qohumlarının adına sənədləşdirilən milyonluq mülklərini etibar etdikləri ailədən kənar şəxslərin adlarına keçirirlər.

Məlumata görə, ölkə başçısının ard-arda xəbərdarlıq etməsi müdafiə sənayesi naziri Yavər Camalovu, eləcə də onun icra başçısı olan qardaşı Mərdan Camalovu da hərəkətə gətirib: "Son bir neçə ilin mətbuat səhifələrini vərəqləsək, görərik ki,Yavər Camalov Azərbaycanın ən "villabaz” nazirlərindən biridir. Həmin məqalələrdə qeyd olunur ki, Yavər Camalovun ölkə boyu yan-yana düzülən villaları, digər daşınmaz əmlakları var. Təkcə Bakı və Bakıətrafı yaşayış məntəqələrində Yavər Camalov 50-yə yaxın villaya sahibdir. Deyilənlərə görə, onun təkcə Bakının Teymur Əliyev küçəsində (”Milyonçular məhəlləsi" kimi tanınan ərazi-red.) 10-dan çox villası var və bu villaların hər birinin dəyəri minimum 5-6 milyon dollardır. Bununla yanaşı, Camalovun Mərdəkanda, Şüvəlanda, Pirşağıda, Novxanıda və s. ərazilərdə villaları var. Yəni, əmək fəaliyyətinin demək olar ki, hamısı dövlət qulluğunda keçən bir şəxsin bu qədər varidata sahib olması qaranlıq məqamlardan xəbər verir».

Məlumatlı şəxs nazirin qardaşı ilə bağlı da ilginc məqamlara toxunub. Bildirib ki, icra başçıısının bu qədər var-dövlət əldə etməsi müəmmalı görünür. «Bir müddət öncə nazirin qardaşı Mərdan Camalovun Ulu öndər Heydər Əliyevin adını daşıyan muzeyi ləvğ edərək oranı "RabitəBank"ın Şirvan filialına satması ilə bağlı məlumatlar gündəmə gəldi. Bununla yanaşı, Heydər Əliyevin adını daşıyan parkda "Şəlalə" çay evi açıb və oğlu tərəfindən idarə olunur. "Çılpaqlı" adlanan ərazidə kafel və metlax zavodu açdığı da bildirilir. O, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, qiymətləri dəfələrlə şişirtməklə özünə məxsus olan sexlərdən guya rayonun abadlaşdırılması üçün kafel və metlaxlar aldırır. Bununla da büdcə vəsaitlərini mənimsəyirlər. Təbii ki, icra başçısı bütün bunları nazir qardaşının dəstəyi olmadan həyata keçirə bilməz», - deyə müsahib əlavə edib.

İddia edilir ki,Y.Camalov müdafiə sənayesi naziri postuna təyin olunduqdan sonra sürətlə varlanıb. Y.Camalovun nazir postuna təyinatından sonra milyonlara sahib olması isə onun büdcə vəsaitlərini taladığının sübutudur: «Yavər Camalov nazir olandan "Olimpik Star”, "Kral”, "Niaqara”, "Qızıl tac”, "Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinə sahiblənib. Təbii ki, sözügedən mülklərin heç biri Yavər Camalovun adına rəsmiləşdirilməyib. Amma araşdırma aparılsa, adıçəkilən mülklərin qohum-əqrəbasının adına olduğu ortaya çıxar. Bu mülklərin ona və yaxınlarına məxsus olmadığının rəsmən təkzib edilməməsi də, deyilənlərin həqiqət gücünü artırır. Amma artıq nazir bu qədar varidatı gizlətmək zorunda qalıb. Ona görə də həmin obyektlərin çoxunu ailə bağlı olan şəxslərin adından çıxararaq, bir qədər kənar, amma inandığı şəxslərin adına rəsmiləşdirilməsinə göstəriş verib. Amma «yuxarılar»ın nazirin bu «əməliyyat»ından xəbəri var. Odur ki, Yavər Camalovun sərvətinin araşdırılması ilə bağlı göstəriş verilib».
Adları çəkilən şəxslərində fikirlərinə yer verməyə hazırıq!
Teref.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.