"İcra başçıları yola salınacaq" - Deputatdan açıqlama

24-01-2016, 15:16   
"İcra başçıları yola salınacaq" - Deputatdan açıqlama


“Fəaliyyətində nöqsan olan icra başçıları işdən çıxarılmalıdır. Hesab edirəm ki, prezident bununla bağlı ciddi addımlar atacaq”.

Bunu azvision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində nöqsanların ortaya çıxdığını bildirib: “Hesablama Palatasının apardığı yoxlamalarda korrupsiya halları aşkarlanır. Onlar arasında icra hakimiyyətləri də var. Mütəmadi olaraq palatanın hazırladığı materiallara baxış keçirilir və dövlət tərəfindən qərarlar verilir. Hesab edirəm ki, bu barədə müəyyən inzibati tədbirlərin görülməsinə ehtiyac var. İcra hakimiyyəti orqanında mənimsəmə, korrupsiya faktları varsa, həmin şəxs vəzifədən kənarlaşdırıla və məsuliyyətə cəlb olunmalıdır. Bu dövlət rəhbərinin mövqeyindən asılı olan məsələlərdir”.

Qeyd edək ki, Hesablama Palatasının apardığı yoxlamalar zamanı bəzi icra hakimiyyətlərində ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.