Müdafiə Nazirliyinin “arxiv” fırıldağı

29-01-2016, 10:01   
Müdafiə Nazirliyinin “arxiv” fırıldağıSilahlı Qüvvələr Qarabağ əlillərinin pensiyasını yeyir

Müdafiə, yoxsa mənimsəmə xərcləri

Müharibənin başlıca aparıcı gücünün sıradan əsgərlər – müddətli hərbi qulluqçuların üzərinə düşməsi heç kimə sirr deyil. Döyüşdə öndə gedən, hər cür ağrı-acıya qatlaşan da ƏSGƏRdir. Di gəl, maddi təminatda sıravi xidmətdə olanlar geriyə atılır. Fikir verin, sıravi Qarabağ əlillərinin pensiyası ortalıq 170 min manat, kiçik zabitlərinki isə 500 manat civarındadır. Hökumət bu disbalansı müharibə əlili zabitlərə ayrılan müavinətləri mənimsəməklə(??) aradan qaldırmaq yolunu tutub.


Sıravi Qarabağ əlillərinin pensiyaları 2006-cı ildə qəbul edilən hüquqi akta görə ortalıq iki dəfə artsa da, bağlantılı qurumlar bunu da savaş adamlarından gizlədirlər. Başqa sözlə, sovet ordusunda xidmət keçmiş əsgərlərin milli ordudakı xidmətləri müddətdən artıq xidmət sayılır və buna görə Qarabağ əlilləri müddətli xidmət yox, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu statusu əldə edib, hərbi pensiya almaq hüququ qazanıblar. Di gəl, vurğuladığımız kimi, 10 ildir MAXE Qarabağ əlillərinin pensiya işləri – məlumat hesablama vərəqləri Müdafiə Nazirliyindən (MN), digər silahlı birləşmələrdən Dövlət Sosial Müdafiə Fonduna(DSMF) göndərilmir. Duyuq düşüb hüququnu tələb edənlərə isə MN-in mərkəzi hərbi arxivi 25 ilə yaxın Qarabağ əlili kimi pensiya, Prezident təqaüdü alanların xidməti haqqında məlumat olmadığını bildirir(??).

MN-in “arxiv fırıldağı” o həddədir ki, MN-in Mərkəzi Hərbi Hospitalının “Xəstəlik haqqında şəhadətnamə”sinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanları, hətta arxivdə haqqında məlumat olanları da məhkəmə qaydasında xidmətini və yaralanmasını müəyyən etməyə “yollayır”. Məhkəmə qətnaməsilə xidmətini və yaralanmasını təsdiq etdirməyə nail olanların qarşısına bu yol başqa tələb qoyulur. MN-in Əziz adlı işçisi Qarabağ əlili kimi 24 il pensiya alan, Prezident təqaüdçüsü, Suraxanı məhkəməsinin 07.10.2015 tarixli qətnaməsilə xidməti və yaralanması müəyyən olunan Xaliq Abbaszadəyə öncə 500 belə MAXE-nin olduğundan büdcədə gərginlik yarandığından məlumat vərəqini DSMF-ə göndərə bilməyəcəyini(??), əlilin bunun onun günahı olmadığını bildirməsindən sonra isə irad tutub ki, “müddətdən artıq xidmət” yazılmayıb. Bəs onda maraqlı şəxs – MN niyə qətnamədən şikayət verməyib?

Dövlətin adından çıxarılan qətnaməni icra etmək əvəzinə, tələbkar əlildən yeni məhkəmə qətnaməsi tələb edən borclu MN-in bu tələblərinin arxasında mənimsəmə niyyəti dayanmırmı? Özü də MN-in inzibati binasının yan-yörəsi MAXE-lərə rüşvət xidmətlərini təklif edən “broker”lərlə doludur. 10 ildir Qarabağ əlillərinin pensiyalarının artmasını gizlət, indi de ki, büdcədə gərginlik var. Hələ əlillərə devalvasiyaya, gecikməyə görə də faiz hesablanmalıdır. Necə olur, vətəndaş dövlətə, banka borclu olanda günə ən azı 3 faiz dəbbə pulu gəlir, dövlət, bank vətəndaşa borclu olanda isə “büdcədə gərginlik yaranır”?! Bu sətirlərin döyüş yoldaşları – Qarabağ əlilləri Mirbaba Əhmədov, Yusif Cəbrayılov, Mübariz Məmmədov… sadalamaqla qurtaran deyil… də MAXE kimi hesablama vərəqlərinin MN-dən DSMF-ə göndərilməsinə nail ola bilmirlər.

Belə çıxır, müdafiə xərcləri adı altında mənimsəmə at oynadır? Mənimsəmənin başında isə fərarilər dayanır.

Məğrur Bədəlsoy
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.