Rafael Cəbrayılovla bağlı işıq üzü görən açıqlamalar, heç də həqiqəti ifadə etmir

29-01-2016, 14:45   



Son vaxtlar millət vəkili Rafael Cəbrayılov və onun qardaşı Elşən Cəbrayılov haqda, bəzi KİV, ayrı-ayrı media qurumlarında həqiqəti ifadə etməyən, şər-böhtan xarakterli açıqlamalar işıq üzü görməkdədir. Dərc olunan məqalələrin araşdırılması, sadalananların həqiqət olub-olmaması ilə bağlı tərəfimizdən araşdırmalar aparılarkən, o da bəlli oldu ki, millət vəkilinə və onun qardaşı barədə dərc olunanlar hansısa qaragüruhçu qüvvələrin sifarişidir.

Həmin qaraguruhçu qüvvələrdir ki, Rafael Cəbrayılovun heç bir əlaqəsi olmadığı keçmiş MTN şefi Eldar Mahmudovun adamı kimi qələmə verərək, guya 009 nömrəsini də onun hədiyyə verdiyini bildirirdilər. Həmçinin qarayaxma kompaniyasının davamı kimi Rafael Cəbrayılov keçmiş baş prokuror Eldar Həsənovun əli ilə Baş Prokuror Zakir Qaralovun vurulması kimi cəfəngiyyat yazılar dərc olunmuşdur.



Yəni, həmin qüvvələr Rafael Cəbrayılov barəsində bu cür ucuz, olduqca gülünc açıqlamalar dərc etdirməklə, hansısa çirkin məqsədlərinə nail olmaq istəsələr də, bu heç də baş tutmayıb. Çünki, həmin qüvvələr bir həqiqəti dərk etmirlər ki, Rafael Cəbrayılov millət vəkili olduğu illər ərzində, istər müəyyən təkliflərin irəli sürülməsində, istərsə də dövləti maraqlarımıza cavab verən qanunların qəbulunda yaxından iştirak edən,hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə fərqlənən deputatlardandır.



Elə bu səbəbdəndir ki, Rafael Cəbrayılovun müsbət ictimai nüfuzundan istifadə etməyə calışaraq, şəxsi mənafelərini bərpa etmək istəyirlər.Çünki, tərəfimizdən aparılan araşdırmalar zamanı bəlli oldu ki, Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun lombard sahibi Məlahət Qurbanova və Osman Hacıyev adlı şəxslərlə heç bir əlaqələri olmayıb. Bunu işıq üzü görən açıqlamalarda, adı çəkilən Mirəhməd Abbasov da təsdiqləyir.

Mirəhməd Abbasov bildirir ki, “tanıdığım Vüqar Hümbətov adlı şəxs bir neçə dəfə Məlahət xanımın rəhbərlik etdiyi lombarddan pul götürmüş və onu vaxtlı-vaxtında da geri qaytarmışdır. Beləliklə,tərəflər vaxtilə həm bir-birini tanımış, həm də dəfələrlə alış-veriş etmişlər. Amma, sonuncu dəfə götürdüyü pulu Vüqar geri qaytarmamışdır. Belə olan halda Məlahət Qurbanova batmış pulunu qaytarmaq məqsədilə , əsassız olaraq bir neçə dəfə həmin pulu məndən tələb etmiş, məqsədinə nail ola bilmədiyini gördükdə isə , son variant olaraq Rafael Cəbrayılov və onun qardaşı Elşən Cəbrayılovun adından yararlanmağa çalışır. Əgər məsələ Məlahət Qurbanovanın dediyi kimidirsə, Məlahət xanım buyursun rəsmi sənəd təqdim etsin. Məgər, Azərbaycanda lombardlar pulu sənədsiz verirlər ? Ya da Məlahət xanım, qanunsuz əməlini ört-basdır edir .

Araşdırma zamanı o da məlum oldu ki, Vüqar Hümbətov Rafael Cəbrayılovun sürücüsü yox, qardaşına məxsus obyektin icarəçisi olub. Məgər obyekt sahibi icarəçinin törətdiyi əməllərdən məsuliyyət daşıyır ? Belə ki, adı çəkilən Vüqar Hümbətov törətdiyi dələduzluq əməllərinə görə 2014-cü ildən Nəsimi RPİ-i tərəfindən axtarışdadır və onunla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən cinayət işi də qaldırılmışdır.Burdan da görünür ki, Məlahət Qurbanova axtarışda olan Vüqardan pulunu geri qaytara bilmədiyini gördükdə, batmış pulunu qaytarmaq məqsədilə müxtəlif şəxslərə “hücüma” keçmişdir.

Millət vəkili və onun qardaşı ilə bağlı heç bir araşdırma aparmadan, hansısa sifarişçilərin maraqları naminə açıqlama yayan KİV nümayəndələrinə, xəbər portallarının rəhbərlərinin bir qədər diqqətli olmalarını istərdik. Çünki, bu cür ucuz yanaşma, heç bir mətbu orqanın təmsilçisinə üz ağlığı gətirməz.



XəbərAl.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar