Eldar Mahmudovla əlaqələndirici fiqur olan şöbə rəisi icra başçısının Bakıya transferinə nail olub
Nizami rayonunun icra başçısı Arif Qasımovun hələ Siyəzəndə olarkən Bakıya gətiriləcəyi müzakirə mövzusu idi. JAM.AZ xəbər verir ki, Qasımov üçün Bakıya qapıların açılmasının səbəbkarı bəlkə də bir çoxlarına qəribə gəlsə də, elə Eldar Mahmudov olub.
Bildirək ki, Arif Qasımovun hakimiyyətdə bir sıra əlaqələri varmış. Lakin bu əlaqələrin ən başlıcası Eldar Mahmudov və onun qurulmasında isə tək vasitəçi qayınının böyük zəhməti olub.
JAM.AZ bildirir ki, Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı «MTN işi» olayından 1 il əvvələ təsadüf edəcəkdi. Lakin Eldar Mahmudovun başının bəzi işlərə qarışıq olması onun təyinatını yubatmağa başladı. Araya MTN-də şöbə rəisi olan qayının qarışması və nazirlikdə əsas əlaqələrindən yararlanması prosesi bir az sürətləndirsə də, yekun nöqtə ötən ilin sentyabrında qoyuldu.
Qeyd edək ki, Arif Qasımovun təyinatından 1 ay sonra MTN rəhbəri işdən çıxarıldı, onun ətrafındakı genralitetin isə bir çoxu həbs olundu. Həmin vaxt MTN-də şöbə rəisi işləyən və dəstənin əsas üzvlərindən biri sayılan şöbə rəisinin karyerası sual altına düşür. Qayının həbs olunması məsələsi gündəmə gəlir. Bu zaman Nizaminin icra başçısı yüksək çinli məmurlarla görüşərək, onlardan bu addımın atılmamasının xahişini edir və bəzi məsələlərə zamin dayanır. Üstəlik, bir çox şeyləri də vəd edir.
JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Arif Qasımov hələ Siyəzəndə icra başçısı olarkən onun haqqında mətbuatda gedən tənqidi yazıların hamısı MTN tərəfindən önlənirdi. Bu işlə məşğul olan qrupun nümayəndələri bəzilərini pulla, bəzilərin tapşırıqla, bəzilərini isə təhdidlə susdururdular.
Araşdırmamız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.