“Donuz qripi” dünyada sürətlə yayılır. Hava-damcı yolu ilə keçən qripin sürətli şəkildə insanlar vasitəsilə yayılması bütün ölkələri təcili adımlar atmağa vadar edib. Azərbaycanla sərhəd olan və azərbaycanlıların daha çox üz tutduqları qonşu ölkələr Türkiyə, Gürcüstan, İran və Rusiyada “donuz qripi”nə yoluxanların sayı sürətlə artır. Maraqlı fakltdır ki, bu günə qədər ölkəmizdə bir nəfərin belə, bu virusa yoluxduğu bildirilmir. Hər dəfə açıqlanan statistik məlumatlarda insnalarda “donuz qripi”nin aşkarlanmadığı, yalnız kəskin resperator infeksiyaların üzə çıxdığı və onların müalicə ilə sağaldıqları qeyd edilir. “Donuz qripi”nə yoluxanların sayı sürətlə artan qonşu ölkələrə azərbaycanlıların gedib-gəldiyi bir zamanda virusun ölkəmizdə aşkar edilməməsi bir qədər təəccüb yaradır.
Həkin-professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, statistik rəqəmlər ölkəmizdə “donuz qripi”nə yoluxanların olmadığını bildirsə də, bu bir qədər məntiqə sığmır. O qeyd edib ki, çox ağır qrip əlamələtləri, yüksək temperaturla ağır şəraitdə müalicə olunan və dünyasını dəyişən insanlar da olur. Ola bilsin ki, bunların içərəsində “donuz qripi” olub.
“Hər halda virus idenfikasiya olunmadan biz birmənalı rəy irəli sürə bilmirik, bu imkan rəsmi orqanların əlindədir. “Donuz qripi” 2008-ci ildə H1N1 virusunun xüsusi şəklində qeydə alınıb. Əvvəl ev heyvanları arasında aşkarlanıb, sonra insana keçib. Virusun təhlükəliliyi ondan ibarətdir ki, hava-damcı yolu ilə insanlara keçir. “Quş qripi” qanla keçdiyindən o tez zamanda lokallaşdırıldı. Amma “donuz qripi” hava-damcı yolu ilə keçən infeksiya olduğundan kifayət qədər qorxulu virusdur, “ispan qripi”, “Asiya qripi” kimi “donuz qripi” də qorxulu infeksiya kimi dəyərləndirir. Bu qrupin regionu əhatə etməsi, onun geniş yayılması imkanları xeyli yetərincədir”.
Professor bildirib ki, dövlət vaxtında tədbirlər görməlidir.
“Bu tədbirlərin içərəsində həm Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturlarının köməyinə müraciət etmək, lazım olsa qan nümunələrini dünyanın lazımi laboratoriyalarında yoxlatmaq, yəni bu texniki imkanlardan istifadə etmək lazımdır. “Bizdə bu qrip yoxdur və olmayacaq” kimi bəyanat vermək yox, məsələyə daha ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, “donuz qripi” aşkarlansa belə, onun gizlədilməsi mümkündür. Çünki Azərbaycan miqrasiya durumundadır. 3 milyon azərbaycanlı ölkə xaricindədir. Gediş-gəliş nəticəsində ölkəyə daxil olan yoluxmuş şəxslər özləri ilə virusu gətirə bilərlər. “Bizdə “donuz qripi” yoxdur” demək məntiqə sıxmır”.