Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun nəzərinə: Mingəçevir ƏSMM-də hər ay yüzlərlə sosial yardıma ehtiyacı olan vətəndaşların yardım payı mənimsənilir
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayonlarda fəaliyyət göstərən şöbələrində çalışan məmurlar öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək əhalini süründürməçiliyə salmaqda davam edirlər. Cənab Prezident İlham Əliyev demək olar ki, icra strukturları ilə bütün görüşlərində əhaliyə xidmətin ən yüksək səviyyəyə çatdırılmasının vacibliyindən danışır və əksini edənlərin dərhal cəzalandırılacağını qeyd edir. Nazir Səlim Müslümov mütamadi olaraq rayonlara etdiyi səfərlər zamanı, yerli mərkəzlərdən olunan şikayətləri dinləyərək cavabdeh şəxsləri cəzalandırır. Ancaq görünən odur ki, yenədə bir çox məmurlar vəzifələrindən sui-istifadə edərək vətəndaşların sosial yardımına göz dikməkdə davam edirlər.
Mingəçevir şəhərindən daxil olan məlumat bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir. Şəhər sakinlərindən daxil olan məlumatda göstərilir ki, Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elçin Abdullayev və ətrafı dövlətin sosial müdafiə ehtiyacı olan vətəndaşlara ayırdığı vəsaitləri açıq aşkar mənimsəyirlər.
Bildirilir ki, 2015-cü ildən Mingəçevirdə 1266 nəfər ünvanlı sosial yardım alır. Amma məsələ orasındadır ki, Mingəçevirdə sosail yardım alanların əksəriyyəti Elçin Abdullayevin tanışları, həmçinin mərkəz müdirinə rüşvət verərək dövlətin sosial yardımını alan imkanlı şəxslərdir. Sosial yardım almağı haqq edənlər isə bir qayda olaraq kənarda qalırlar. Ya da həmin şəxslər alacaqları sosial yardımın 3-4 ayını Elçin Abdullayevə vermək məcburiyyətindədir. Bu isə faktiki olaraq dövlət yadımına ehtiyacı olan ailəllərin insanların sosial müdafiəsini təmin etməklə vəzifəli olan məmurlar tərəfindən soyulması deməkdir. Belə ki, müdir və yaxın ətrafı ünvanlı sosial yardım düzəltmək istəyən imkansız şəxlərdən sənədlərin tezliklə hazırlanması, qeydiyyatan keçməsi əvəzində ayrılan vəsaitin ilk 3-4 aylığın götürürlər. Mərkəz işçilərinin bu təklifini qəbul etməyən şəxlər isə aylarla süründürülür.
Mingəçevirdən daxil olan məlumatda göstərilir ki, ünvanlı sosial yardım alan şəxslərin əksəriyyəti qanunsuz alır. Sosial yardım alan şəxslərin böyük əksəriyyətinin iş yerləri və şəxsi biznesləri olmasına baxmayaraq mərkəzin işçilərinə verdikləri rüşvət müqabilində yardım alanların siyahısına düşə biliblər. Bunu yoxlamaq isə nə Səlim Mülümov üçün, nə də əlaqədar dövlət qurumları üçün heç də çətin deyil. Sadəcə sosial yardım alanların siyahısına nəzər yetirmək və siyahıda olan on-on beş nəfərlə maraqlanmaq yetərlidir.
Məlumatda bildirilir ki, siyahıda elə adamlar var ki, aylıq gəlirləri 1000 manatdan artıq olmasına baxmayaraq illərdir sosial yardım alırlar. O cümlədən Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyən işçilərin bir çox qohum əqrabaları, dost-tanışları və yaxınlarıda ünvanl sosial yardımdan bəhrələnirlər. Halbuki şəhərdə çoxlu sayda imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Yəni Elçin Abdullayev və «komandası»nın «hörmətini» etməyənlər dövlətin ünvanlı yardımından məhrum olurlar.
Daxil olan məlumatda göstərilir ki, Mingəçevir şəhərində 1266 şəxsə verilən ünvanlı sosial yardımdan ən çox qanunsuz olaraq "bəhrələnən" Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elçin Abdullayevdir. Belə ki, iddiaya əsasən mərkəz müdiri Elçin Abdullayev sosial yardım pulları verilən zaman gecələr gizlicə şəhərin Kapitalbankının bankomatında saatlarla kartlardan vəsait çıxartmaqla məşğul olur. Bəzən isə Elçin Abdullayev bu işi görmək üçün qonşu rayonlara getdiyi bildirilir. Məlumatda iddia olunur ki, hazırda Mingəçevir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdirin əlində yüzlərlə sosial yardım kartı var. Bildirilir ki, Elçin Abdullayev və yaxın ətrafı ünvanlı sosial yardımın ilk 3-4 ayının alınması maxinasiyasında təxminən hər il 40-50 min manat arası qazanc əldə edirlər. Bundan başqa Mingəçevir şəhərində sosial yardım alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyidə qeyd olunur. Belə ki, mərkəz müdirinə və ətrafına «hörmət» edən şəxslərin ünvanlı yardımı qeyri qanuni artırılır.
Qeyd edək ki, növbəti yazımızda tam dəqiqləşdirildikdən sonra Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev haqqında redaksiyamıza daxil olan ilginc sənəd və fotofaktları dərc edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq