Kərəm Həsənov 8-nömrəli məktəbin arxasını hasarlayıb. Sakinlərin dediyinə görə hündür hasarın arxasında Kərəm Həsənov 3 nəhəng villa inşa etdirir.
Qeyd edim ki, bu ərazidə daha öncə uşaq xəstəxanası, stomatolojı klinika, sürücülük məktəbi var idi. Yəni bu ərazidə 3 idarə var idi, bu idarələr əhalinin sosial təminatına və insanlarımızın işlə təmin olunmasına xidmət edirdi.
Bu halda hansı qanuna, sənədə əsasən bu torpaq Kərəm müəllimin istifadəsinə verilib? Nədən insanlarımız sosial obyektlərdən və iş yerlərindən məhrum olublar?
anaxeber.info