Müstəqim Məmmədov bir ailənin faciəsinə səbəb olub

10-02-2016, 09:57   
Müstəqim Məmmədov bir ailənin faciəsinə səbəb olub
Deputatdan Tərtərin rəhbərinə şok ittihamlar

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa partiyasının Tərtər rayon təşkilatının rəhbəri Zülfüqar Ibrahimovun ailəsində baş verən faciə barədə sensasion faktlar açıqlayıb. Fazil Mustafa “Facebook” səhifəsində yazıb ki, Z.Ibrahimov Tərtər rayon icra hakimiyyəti başçısı tərəfindən şərlənərək həbs olunub və onun əlil qızı aylarla ata həsrəti çəkdikdən sonra vəfat edib:

“Azərbaycan xalq hərəkatının çox dəyərli və fədakar insanlarından biri olan Zülfüqar Ibrahimov Tərtərin müdafiəsi üçün Xalq Cəbhəsi batalyonunun yaradıcısı və ermənilərə qarşı döyüşün fəal iştirakçısı olub. Böyük Quruluş Partiyasının Tərtər rayon təşkilatının sədridir. Inanclı bir iş adamıdır. Rayon üçün də əlindən gələni etmiş, Şəhidlər Xiyabanının təmirini öz vəsaiti hesabına gerçəkləşdirmiş dürüst bir insandır. Tərtər rayon Icra hakimiyyəti başçısının verdiyi qərəzli informasiyalar nəticəsində qondarma radikal dindar yarlığı ilə ötən ilin mart ayından həbs olunub və evində ənənəvi patron tapılması ittihamı ilə iki il azadlıqdan məhrum olunub. Onlarla ləyaqətli vətənpərvər insanlardan biri kimi tək günahı sakitcə öz günlük ibadəti ilə məşğul olmasıdır və qətiyyətlə söyləyə bilərəm ki, ümumiyyətlə radikal baxışlı insanlara qarşı ən sərt mövqeyi olan sağlam inanc sahibidir. Zülfüqar həm də gözəl ailə başçısıdır və iki sağlam övladı ilə birlikdə 23 yaşına qədər gəlib çatmış yataq xəstəsi olan bir şikəst qız övladını da hər cür çilələrə rəğmən fədakar xanımı ilə birlikdə müalicə etdirməyə və yaşatmağa çalışıb. Uşağın ona necə bağlı olduğunu bildiyimə görə, onun atasının həbsinə dözməyəcəyini təsəvvür edirdim. Indicə xəbər aldım ki, o şikəst uşaq atasının ayrılığına aylar boyu o qədər ağlayıb ki, ürəyi tab gətirməyib, dünyasını dəyişib. Allah yerini behiştlik etsin və bizlərin bu məsum uşaqların qarşısında günühlarımızı bağışlasın!”.


Deputat uşağın ölümündə günahı olan məmurlara müraciət edərək deyib: “Indi buyurun, cənab məmurlar, atasını nahaqdan şərləyib tutdurduğunuz uşaqdan necə halallıq istəyəcəksiniz? Bu əmələ görə hansınızı Allah bağışlayacaq? Həbsxanada olan Zülfüqar qardaşıma dərin hüznlə başsağlığı verirəm və Allahdan səbr diləyirəm. Bir Allah bilir ki, onun bir icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlimdən gələni etməyə çalışdım, ancaq nə edim ki, qanunsuzluqların qarşısında bir çox hallarda bizim də sözümüz keçərli olmur”.

Qeyd edək ki, Z.Ibrahimov ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edilməsi, dini dözümsüzlük və bölücülük təbliğatını aparılması, ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratdılması ittihamı ilə həbs edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.