BAŞ LEYTENANT CƏMİ 10 İLƏ GENERAL OLDU! – Azərbaycan reallığı (FOTO)

11-02-2016, 23:41   


Zaur Abdullayevin fantastik yüksəlişinin sirri nədir?



Azərbaycanda sözün əsl mənasında general bolluğu var. Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır.

Müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti 2 milyon 285 min nəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi 191 nəfərdir. Almaniya Ordusunda 202, qardaş Türkiyə Ordusunda isə cəmi 364 general rütbəsi daşıyan zabit var.

Azərbaycanda generalların sayının belə fantastik həddə çatması, hələ ki, 20 ildən artıqdır işğal altında olan torpaqlarımızın taleyinə zərrə qədər təsir etməsə də, ilk baxışdan gələcəyə müəyyən ümid yarada bilər. Lakin təəssüf ki, kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən – kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Yəni ortaya sual çıxır: Hər general rütbəsi daşıyan zabit, əsl generaldırmı? Reallıqlarla tanışlıq deyir ki, əsla yox! Azərbaycanda əsl generalların sayı 10-15 nəfər olar da, olmaz da!

Bu reallıqlarla tanışlıq baxımından “AzPolitika”ya təqdim olunan bir fakt xeyli düşündürücüdür. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.