“Hanı nazirlərin, deputatların oğulları hərbi xidmət keçib, elan etsinlər!”

12-02-2016, 15:26   
“Hanı nazirlərin, deputatların oğulları hərbi xidmət keçib, elan etsinlər!”
Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirovun vəzifəli şəxslərin övladlarının orduya çağırılması ilə bağlı açıqlaması ictimaiyyətin diqqətini çəkib.
Y.Aydəmirov iddia edib ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır. Ancaq general konkret misal göstərməyib. Və buna görə də onun bu açıqlaması birmənalı qarşılanmayıb.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Müzakirələrə qoşulanlar generalı yuxarılara xoş gəlmək üçün belə açıqlama verməkdə qınayıblar. Məsələ burasındadır ki, hazırda orduya çağırışı Müdafiə Nazirliyi deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur. Bu səbəbdən də general Yaşar Aydəmirovun açıqlamasına inanmayanlar da çoxdur.

Məsələyə münasibət bildirən tanınmış hüquqşünas Aslan İsmayılov da övladları orduya çağırılan məmurların adlarının çəkilməməsindən narazılığını ifadə edib. O, bu məsələyə ictimai nəzarətin artırılmasına çağırış edib:

“Hamıya müraciət edirəm, sosial şəbəkələrin imkanlarından istifadə edib ictimai fikir, ictimai nəzarət, ictimai qınaq, ictimai dəstək anlayışlarının cəmiyyətdəki rolunu göstərək. Bunun üçün birinci özümüzdən başlayıb, sonra məmurlardan tələb edək. Bu, ölkədə özlərini siyasi, ictimai fiqur sayanlar nümunə olmalıdırlar.
Siftəsini özüm edirəm. İki oğlum var. Hər ikisi qanun nəzərdə tutduğu qaydada hərbi xidmət keçiblər. Böyük oğlum ABŞ-da bakalavr təhsilindən sonra hərbi xidməti keçmək üçün vətənə qayıdıb. Hərbi xidmətdən sonra yenidən işləmək üçün xaricə qayıdıb. Bundan sonra Azərbaycan nazirlərinin, millət vəkillərinin, oliqarxların oğlanlarının hərbi xidmət keçib-keçmədiklərini ictimailəşdirək. Tələb edək ki, özləri bunu elan etsinlər”. (Modern.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.