Ölkə başçısı komandası ilə bacarmır, yoxsa sərt çıxışlar görüntü xarakteri daşıyır?

13-02-2016, 10:14   


Prezident Administrasiyasına bir sıra məsələlər üzrə şikayətlərin sayı artıb. Bu məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində öz əksini tapıb.

Şöbə müdiri qeyd edib ki, xüsusilə bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri haqda şikayətlərin sayı artıb.


“Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.

Ərizələrin demək olar ki, xeyli hissəsi müsbət həll olunmuş, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilmiş və ya əsaslandırılmış cavablar verilmişdir. Bunu vətəndaşların əksər müraciətlərində müşahidə etmək mümkündür. Bəzi hallarda isə xahişlərin yerinə yetirilməsinin imkan xaricində olması barədə vətəndaşa yazılı və şifahi izahatlar verilmişdir?.

Bundan başqa bəlli olub ki, hüquq-mühafizə orqanlarından da şikayətlərin sayı artıb. “Binəqədi, Xətai, Xəzər, Nizami, Səbayel, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub”, – deyə Süleyman Ismayılov məqaləsində bildirib. O qeyd edib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər artıb. Məhkəmə orqanları və hakimlərin fəaliyyətilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, Imişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub.İlham Əliyev xəbərdarlıq edir, şikayətlər isə artır
13 Fevral 2016 09:05 Print Email
ilham-sened2Ölkə başçısı komandası ilə bacarmır, yoxsa sərt çıxışlar görüntü xarakteri daşıyır?

Prezident Administrasiyasına bir sıra məsələlər üzrə şikayətlərin sayı artıb. Bu məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində öz əksini tapıb.

Şöbə müdiri qeyd edib ki, xüsusilə bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri haqda şikayətlərin sayı artıb.


“Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.

Ərizələrin demək olar ki, xeyli hissəsi müsbət həll olunmuş, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilmiş və ya əsaslandırılmış cavablar verilmişdir. Bunu vətəndaşların əksər müraciətlərində müşahidə etmək mümkündür. Bəzi hallarda isə xahişlərin yerinə yetirilməsinin imkan xaricində olması barədə vətəndaşa yazılı və şifahi izahatlar verilmişdir?.

Bundan başqa bəlli olub ki, hüquq-mühafizə orqanlarından da şikayətlərin sayı artıb. “Binəqədi, Xətai, Xəzər, Nizami, Səbayel, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub”, – deyə Süleyman Ismayılov məqaləsində bildirib. O qeyd edib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər artıb. Məhkəmə orqanları və hakimlərin fəaliyyətilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, Imişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.