Kərəm Həsənovun Kəmaləddin Heydərova qarşı qara piar kompaniyasında rolu var? - Video müharibəsi

15-02-2016, 22:17   

Gündəmə bomba kimi düşən video AzTv-nin arxivindən necə çıxıb?

Bir neçə gün öncə facebook sosial şəbəkəsində Dövlət Gömrük Komitəsinin keçmiş sədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən danlandığı əks olunan şok video yayıldı.

Xatırladaq ki, fevralın 8-də Youtube görüntülü şəbəkəsində Ramin İsmayilov adlı şəxs tərəfindən yayımlanan "Kəmaləddin Heydərovun çətin anları…” adı həmin video sosial şəbəkələrdə izlənmə rekordu qırıb. Bəziləri isə hesab edir ki, bu təşkil olunmuş kampaniyadır və məqsəd FHN şefinin nüfuzdan salınmasıdır.

Teref.info yazır ki, bununla bağlı Miq.az-ın əldə etdiyi məlumatda da bildirilir ki, Kəmaləddin Heydərov baş verənlərdən çox qəzəblidir və bu işin kimlər tərəfindən təşkil olunmasını araşdırır.

Xatırladaq ki, bu video AzTV-nin operatorları tərəfindən mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyi dövründə çəkilib. Amma üstündən onilliklər keçdikdən sonra həmin kadrların AzTV-nin arxivindən çıxarılaraq yayımlanması kifayət qədər maraq doğurur.

Kəmaləddin Heydərovla bağlı nələr baş verir?
Kərəm Həsənovun Kəmaləddin Heydərova qarşı qara piar kompaniyasında rolu var? - Video müharibəsi
Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır. Belə ki, bu informasiyalar ölkədə baş verən ikinci devalvasiyadan sonra daha da intensivləşib. Əsasən aztirajlı saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilir. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkir.
Məlumatlarda K.Heydərovin yaxın günlərdə "vurulacağı” da vurğulanır. Nazirə qarşı başlanan kampaniyada hətta onun yaradıcılığı da hədəfə alınıb. Bildirilir ki, "Kamal” imzasıyla bəstələdiyi mahnıları əslində, başqaları ərsəyə gətirir.Heydərovu hədəfə alan informasiya axınında əsas müzakirə olunan material isə bu həftənin əvvəlində sosial şəbəkələrdə yayılan video olub. Videoda K.Heydərovun Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi vaxt mərhum prezident Heydər Əliyev tərəfindən danlanması əks olunur:

Eldar Mahmudovun zərərsizləşdirilməsindən və ən etibarlı adamlarının həbsindən sui-istifadə edən qüvvələr Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla "ildırımsürətli” haqq-hesab çəkmək istəyiblər. Və zaman göstərdi ki, buna hələ də nail olmaq mümkün olmayıb. Əgər nəzərə alsaq ki, Kərəm Həsənovun "MTN işi”-ndə generallar qədər suçu var və "MTN işi”nin üzərindən sirr pərdəsi götürülməlidir, onda əmlak nazirinin vəzifəsini və yığdığı var-dövlətini saxlamaqdan bashqa hətta tarana belə getməyə hazır olduğu bildirilir.

Fərhad Əliyev həbs olunandan sonra Kərəm Həsənovun əliylə onun bütün biznes şəbəkəsi başda Eldar Mahmudov olmaqla bəzi nazir oliqarxların nəzarətinə verildi. Ən bahalı maşın salonlarından tutmuş ən pristijli mebel salonlarına qədər hamısı başqa adamların nəzarətinə verildi.

Heç kimə sirr deyil ki, Qərib Məmmədovun "vurulması" prosesi də birbaşa Kərəm Həsənovun "beyin məhsulu"dur. Artıq ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri ilə Kərəm Həsənov arasında münasibətlərin pis olması heç kimə sirr deyil. İki vəzifəli şəхs arasında həmişə sərt mübarizə getmişdi. Lakin qəfildən komitə ləğv olundu və Qərib Məmmədov işsiz qaldı. Beləliklə, Kərəm Həsənovun ən böyük rəqibi sıradan çıхmış oldu.

İlk görünüşdən Kərəm Həsənov sakit və mülayim nazir təsiri bağışlasa da, əslində onun da ay kimi görünməyən tərəfi var. Və bu tərəf hətta nazirlərin vurulmasında birbaşa "fitva" verir.

Nə vaxtsa Kəmaləddin Heydərovun Kərəm Həsənovla aralarında sərinlik də yaşanıb. Bəzi məlumatlara görə, Kərəm Həsənov Kəmaləddin Heydərov kimi adamın xahişlərini də qulaqardına vurub.

Çünki keçmiş MTN başçısı Eldar Mahmudovla Kərəm Həsənovun münasibətləri çox yaxşı olub və hətta onların biznes şərikliyi haqda da iddialar var. Bundan başqa, Eldar Mahmudovla Kərəm Həsənovu "ortaq düşmənə” qarşı mübarizə motivinin də birləşdirdiyi haqda əsaslı məlumatlar var.

K.Həsənov isə keçmiş MTN rəhbəri ilə münasibətlərindən xüsusi məmnunluq duyduğunu heç vaxt gizlətməyib. Təsadüfi deyil ki, Kərəm Həsənovun qızının 2 il əvvəlki toyunda Eldar Mahmudov əvvəldən axıradək iştirak edərək, bir növü komitə sədri ilə xüsusi münasibətlərini qəsdən "ortaq düşmənlərə” də nümayiş etdirmiş olub.
Teref.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.