Gəncədə Sənan Hacıyevin «ölü can»ları

17-02-2016, 09:08   
Gəncədə Sənan Hacıyevin «ölü can»ları

Əbülfəz Qarayevin işçisi dövlət büdcəsini talayır

Hər il rayonlarda külli miqdarda vəsait mədəniyyət evlərinin, klubların, təmirinə sərf olunsa da, həmin mədəniyyət evləri faktiki olaraq təmir olunmur və xarabazarı xatırladır. Bir qayda olaraq həmin mədəniyyət evlərində, klublarda, kitabxanalarda quşlar yuva qursa da, sənədlərdə onlarla həmin mədəniyyət evlərində, klublarda, kitabxanalarda onlarla işçi çalışır və dövlətdən maaş alır.


Gəncə Mədəniyyət və Turizm İdarəsinin müdiri «ölü can»ların hesabına hər ay külli miqdarad qazanc əldə edir. Bu iddia AzMedia.info-ya Gəncədən ünvanlanan şikayət məktubunda yer alıb.

Ölkədə büdcədən maliyələşən idarə və müəsisələr rəhbərləri onlara ayrılan vəsaitləri müxtəlif yollarla silərək mənimsədikləri uzun müddətdir ki, mətbuatda işıqlandırılır. Məsələ ölkə prezidentinin də diqqətindədir və prezident dəfələrlə keçirdiyi toplantılarda büdcəni müxtəlif yollarla talayan məmurların cəzalanacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, büdcəni ən çox talayan və müxtəlif yollarla büdcədən vəsait silib mənimsəyən nazirliklər arasında Mədəniyyət və Turizm Nazirliyi birincilər sırasındadır. Nazirliyin rayon şöbələrindəki büdcə mənimsəmələri adi iş sisteminə çevrilib. Belə ki, hər il rayonlarda külli miqdarda vəsait mədəniyyət evlərinin, klubların, təmirinə sərf olunsa da, həmin mədəniyyət evləri faktiki olaraq təmir olunmur və xarabazarı xatırladır. Bir qayda olaraq həmin mədəniyyət evlərində, klublarda, kitabxanalarda quşlar yuva qursa da, sənədlərdə onlarla həmin mədəniyyət evlərində, klublarda, kitabxanalarda onlarla işçi çalışır və dövlətdən maaş alır. İşçilərin çoxusu isə hətta dövlətdən hər ay maaş almasından xəbərsiz olur. Demək olar ki, Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələrində eyni vəziyyət hökm sürür və illərdir ki, rayon şöbələrinin rəhbərləri dövlət büdcəsini rahatlıqla talan etməklə məşğul olurlar.

Gəncədə AzMedia.info-ya daxil olan məlumatdan belə görünür ki, Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Mədəniyyət və Turizm İdarəsində eyni vəziyyət hökm sürməklə yanaşı, büdcənin talanı hər gün daha da böyük vüsət almaqdadır. Qeyd edək ki, Gəncə Mədəniyyət və Turizm İdarəsi Mədəniyyət və Turizm Nazirliyinin ən böyük idarələrindən biri hesab oluqur və burda mənimsənilən büdcə vəsaitləri miqyasına görə digər rayonlardan daha böyükdür.

AzMedia.info-ya verilən məlumata görə Gəncə Mədəniyyət və Turizm İdarəsində işə qəbul qaydaları tamamilə fərqlidir. Qeyd edək ki, Gəncə Mədəniyyət və Turizm İdarəsinə Sənan Zahid oğlu Hacıyev rəhbərlik edir və daha əvvəl Sənan müəllim Gəncə şəhər 5 saylı musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Saytımıza məlumatı yollayan Gəncə sakini bildirir ki, Sənan Hacıyev işə qəbul sistemində ixtisas, təhsil və s. faktorlar qətiyyən rol oynamır. İstənilən şəxs, istənilən ixtisasa işə alına bilər. Hətta santexnik belə. Əsas odur ki, qarşı tərəf Sənan Hacıyevə istədyiy məbləği versin. Pulun yoxdursa və ixtisasın varsa, Sənan müəllimdən pul almaq imkansızdır. Şikayətçinin iddasına görə Gəncə Şəhər Mədəniyyət və Turizm Şöbəsinə işə girmək istəyən şəxs Sənan Hacıyevə ən azı 3 min manat verməlidir. Klub müdiri, kitabxana müdiri kimi vəziflər isə 5 min manata satılır.

Bu arada, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsində hər il büdcədən ayrılmış vəsaitlərin silinməsi üçün xüsusi tədbirlərin görüldüyünü deyən məlumatlı şəxs iddia edir ki, idarəyə ötən il cari təmir işlərinin satın alınması adı ilə ayrılmış vəsaitlərin nəyə xərcləndiyi kimsəyə məlum deyil. Bundan başqa Gəncə şəhər icra hakimiyyətindən ayrılan külli miqdarda vəsaitlərində xərclənməsində qaranlıq məqamların olduğu deyilir. Həmin vəsaitlər sənədləşdirmələrdə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınmasına, bərk invertarların, maşın avadanlıqlarının, cari təmir, dəftərxana, təsərrüfat malları və sair xərclər maddəsi üzrə xərclənib.

Şikayətçi bildirir ki, Turizm idarəsinin xərclədiyi vəsaitlər sənədlərdə fantastik dərcədə şişirdilib. Sənan Hacıyevin əsas qazanc mənbələrindən biri isə Gəncə Mədəniyyət və Turizm İdarəsində adı olan özü olmayan «ölü can»lardır. İddiaya görə köhnə müdirin dövründən qalan bu «ölü can»lar Sənan Hacıyevində işinə daha çox yarayıb. İdarə müdirinin hər ay bu «ölü can»ların hesabına ən azı 20-25 min manat qazandığı iddia olunur.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi müxtəlif yollarla dövlət büdcəsini talamaqla məşğuldur. Şikayətçi bildirir ki, əgər bu belə olmasaydı Sənan Hacıyev idarə müdiri keçdikdən sonra Bakıda özünə mənzil, Gəncədə isə «obyekt» almazdı. Hətta Göygöl rayonunda dəbdəbəli villada tikdirdiyi iddialar arasındadır.

Qeyd edək ki, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri ilə bağlı araşdırmamız davam edir yaxın günlərdə Sənan Hacıyevin əldəe tdikləri ilə bağlı oxucularımıza daha ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.