Abşeronun xanım icra başçısının rüşvət şəbəkəsi: baş memarın tikinti biznesi

22-02-2016, 10:50   


“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib”
rr Abşeron rayon icra hakimiyyətinə qarşı ilginc ittiham səslənib. Belə ki vətəndaşın iddiasına görə ondan qeyri-qanuni olaraq rüşvət istənilib. Hadisə ilə bağlı cumhuriyyet.az-a danışan Gülyanaq Əsgərova bildirir ki, bütün maddi imkanlarını səfərbər edərək Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb. Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.
Əsgərova deyir, əvvəl qanunla nəzərdə tutulan sənədləri düzəldib. Abşeron rayon İcra Hakimiyyətinə müraciət edib. Tikinti haqqında yeni qanunda nəzərdə tutulmuş müddətə qədər gözləyib. Sonra tikintiyə başlayıb. Amma prroblemlər həll olunmayıb. Belə ki. şikayətçinin cumhuriyyet.az-a bildirdiyinə görə evin daş hörgüsü başa çatanda Abşeron rayonunun baş memarı Akif Əliyev bir neçə işçisi ilə tikinti yerinə gəlib. Tikilinin özbaşına aparıldığını bildirib və söküləcəyi ilə hədələyib. Tikinti sahibi də baş memara izah edib ki, yeni qanun ona qurumu xəbərdarlıq etdikdən sonra tikintiyə başlamaq imkanı verir: “O isə bəhanə elədi ki, bizim eskiz layihəsində qurumun möhürü yoxdur. Tələb etdi ki, tikintini dayandıraq. Biz də tikintini dayandırdıq və eskizə baş memarın möhürü ilə imzasını əlavə etdirdik. Özləri də etiraf etdilər ki, artıq tikinti aparılmasına heç bir maneçilik ola bilməz. Biz də arxayınlıqla tikintimizə davam etdik, işlər qaydasında gedirdi, evin daş hissəsini tamamilə başa çatdırmaq üzrəydik ki, yenə peyda oldular”.
Deyir, bu dəfə peyda olan icra hakimiyyətinin Masazır üzrə icra nümayəndəsi imiş. Əvvəlkindən fərqli olaraq, bu dəfə tikilini traktorun ağzından xilas edə bilməyib: “Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq. İndi nə istəyirsiniz?” Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın””.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.