''Camaatda bayram əhvalı yoxdu, acından ölürük'' (VİDEO)

24-02-2016, 11:22   
''Camaatda bayram əhvalı yoxdu, acından ölürük'' (VİDEO)
Bu gün Novruz bayramının ilk çərşənbəsidir. Onu el arasında "su çərşənbəsi", "əzəl çərşənbə" də adlandırırlar. Əvvəllər çərşənbə gecələrində bütün məhəllələrdə tonqallar qalanar, alovlar uzaqdan diqqət çəkərdi. "Sovetski" sakinləri bu dəfə çərşənbəni ötən illərdə olduğu kimi qeyd etmirlər. Çünki sakinlərin çox hissəsi artıq buranı tərk edib. Hazırda məhəllədə yaşayan sakinlər isə sökülmüş evlərin arasında özlərini rahat hiss etmirlər.
Bayramda ən çox uşaqlar sevinir deyirlər. Burada yaşayan uşaqlar uçuq-sökük tikililərin arasında tonqal qalasalar da, sevincli deyillər. Onlar yoldaşları üçün darıxdığını deyirlər.
“Sovetski“ də yaşayanların dərdi təkcə ərazidə gedən söküntü işləri deyil. Onlar həmçinin işsizlikdən, ağır şəraitdə yaşamaqdan da şikayət edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.